21 
Sen
2022
22:15
83
744
17129
Virtual karabakh

“Bakcell”: Axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB + VİDEO

21 Sen, 2022
22:15
17129

“Bakcell”: Axşam saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarında “Bakcell” operatorunun şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə “Bakcell”dən Oxu.Az-a məlumat verilib.

“Artıq abunəçilərimiz rahatlıqla Bakcell xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!”, - deyə şirkətdən bildirilib.

“Nar” da mövzu ilə bağlı açıqlama verib:

“Xidmətlərimizin təqdim olunmasında yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik”, - deyə şirkətdən bildirilib.

19:39

Azərbaycanda “Nar” və “Bakcell” operatorlarının şəbəkələrində problem yaranıb.

“Bakcell”dən Oxu.Az-a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - deyə qurumdan bildirilib.

“Nar” da mövzu ilə bağlı açıqlama verib:

“Texniki çətinlik ilə əlaqədar şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranmışdır. Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcəkdir”, - deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri