Dek
2022
11:10
461
71
2112
Virtual karabakh

Firudin Qurbanov: “Azərbaycanda kosmik sahənin inkişafı üçün kadr hazırlığına çalışırıq”

5 Dek, 2022
11:10
2112

Firudin Qurbanov: “Azərbaycanda kosmik sahənin inkişafı üçün kadr hazırlığına çalışırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu konqres ikinci dəfə Azərbaycanda keçiriləcək. İlk konqres 1973-cü ildə keçirilib və ümummilli lider Heydər Əliyevin rolu böyük olub. Gələcəyi kosmossuz, astronavtikasız təsəvvür etmək mümkün deyil”.

Oxu.Az xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən 2023-cü ildə Bakıda baş tutacaq Beynəlxalq Astronavtika Konqresinə dair məlumatlandırma tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib. 

“Hazırda yer kürəsində olan bütün sənaye kosmosa köçürülməlidir, dünyanı xilas etmək, ekoloji tarazlığı qorumaq üçün. İnsanın həyatını qorumaq üçün bundan başqa yol olmayacaq. Çünki əhali sayı artır. Biz görürük ki, dünyada kosmik sahə sürətlə inkişaf edir. Burada nəinki dövlət qurumları, kommersiya şirkətləri də böyük işlər görür. İlon Maskı buna nümunə göstərmək olar. 

Bu gün kosmik aparatlar tək-tək buraxılır. Amma elə bir dövr gələcək ki, vəziyyət dəyişəcək. Hazırda elə aparatlar var ki, onlarla uzun müddət kosmosda yaşamaq mümkün olar. Bu konqres ən nüfuzlu tədbirlərdən biridir. Orada müzakirə olunan problemlərə görə ən nüfuzlu platformadır. Çox xoşdur ki, biz də orada təmsil olunuruq. Bu baxımdan konqresin Azərbaycanda keçirilməsini yüksək dəyərləndirmək lazımdır. 

Ölkəmizdə dövlət başçısının tapşırığı ilə bu sahəyə xüsusi diqqət yetirilir. Bizim üç peykimiz var. Bu sahədə çox önəmli tədbirlər həyata keçirilir. Təbii ki, bu sahənin inkişafı üçün müvafiq kadr hazırlığı olmalıdır. Ölkəmizdə elmi araşdırmalar lazımi səviyyədə aparılır. Təhsil sistemində gənclərimizi bu sahəyə hazırlaşmağa çalışırıq”, - deyə əlavə edib.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri