Fev
2023
16:20
159
14
1245
Virtual karabakh

Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

9 Fev, 2023
16:20
1245

Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Tədbirlər Planına əsasən, il ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resurslarının və xatirə materialların hazırlanması, eləcə də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markalarının və xatirə nişanının hazırlanması, “Türk dünyasının mədəniyyət paytaxtı - Şuşa” portalının yaradılması da nəzərdə tutulur.

Adıçəkilən tətbiqlərin yaradılmasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi icraçı orqan kimi müəyyənləşib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri