12 
Mar
2023
14:42
28
174
3090
Virtual karabakh

Azərbaycanda “YouTube” kanallarına qarşı hücum var?

12 Mar, 2023
14:42
3090

Azərbaycanda “YouTube” kanallarına qarşı hücum var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda “YouTube” kanallarına qarşı hücum var. Mənə verilən məlumatlara görə, son həftələrdə artıq bir neçə məşhur “YouTube” kanalı kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra “Bitcoin” qarşılığında hərracda satışa çıxarılır. Hazırkı hədəf yerli media orqanlarıdır”. 

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı texnobloger Fərid Pərdəşünas sosial media hesabında məlumat paylaşıb.

Bloger bildirib ki, bu u oğurluq növü məşhur növdən olan brauzerin kuki fayllarının oğurlanmasıdır: 

“Bir neçə günlük araşdırmalarım və sorğular əsasında müəyyən etdik ki, hazırda edilən hücum növü fişinq və sosial mühəndislik üsulu deyil. Zərərçəkənlər qeyd edir ki, heç bir linkə daxil olmadıqları təqdirdə, ən üst səviyyə qorumaları aktiv olduğu halda belə kanalları oğurlanıb.

Bu oğurluq növü məşhur növdən olan brauzerin kuki fayllarının oğurlanmasıdır. İllərdir bu metod kibercinayətkarlar tərəfindən istifadə edilir. Kompüterə salınan zərərli bir proqram vasitəsilə brauzerin bütün kuki faylları oğurlanır və cinayətkar da heç bir şifrə, mail daxil etmədən hesabları ələ keçirir. 

“Google”un Təhdid Analiz Qrupu məlumatı təsdiqləyib. 2021-ci ildən belə bir hücum növü geniş yayılmağa başlayıb.

Əgər əməkdaşlarınız arasında saxta əməliyyat sistemi, saxta proqram təminatı istifadə edən varsa, kanalınız təhlükə altında ola bilər. Bu hücum növündən qorunmağın yeganə yolu pirat proqram təminatları və ƏS-lərindən uzaq qalmaqdır. Hansısa pullu məhsulu kimsə sizin üçün pulsuz verirsə, bu xeyirxahlıq üçün olmur”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri