13 
Mar
2023
18:37
17
100
2840
Virtual karabakh

Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt - VİDEO

13 Mar, 2023
18:37
2840

Kriptovalyuta biznesinə başlamaq üçün iki mühüm şərt - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İstənilən şəxs ilkin kapital 10-20 dollarla kriptovalyuta sektoruna başlaya bilər”.

Bu sözləri Baku TV-yə açıqlamasında maliyyə üzrə ekspert Elnur Quliyev deyib.

Onun sözlərinə görə, yüksək gəlirli kriptovalyuta sektorunda biznes fəaliyyətinə başlamaq üçün iki mühüm şərtə əməl etmək lazımdır:

“Bu işə başlamaq üçün ilk növbədə gmail və ilkin kapital lazımdır. Adi məktəbli belə gmail vasitəsilə birjada qeydiyyatdan keçməklə alqı-satqıya başlaya bilər”.

Ekspert bildirib ki, kriptovalyutanın alqısı və nağdlaşdırılması prosesi 3 əsas formada həyata keçirilir:

“Bunlardan ən sərfəlisi kriptovalyuta birjalarıdır, amma bunun üçün xüsusi biliklər lazımdır. 2-ci mübadilə servisidir. Bu, daha rahat formadır, amma orada yüksək komissiyalar var. 3-cü də kriptobankomatlardır. Ən rahat üsullardan biridir, amma kriptobankomatlar hər ölkədə olmur. Qonşu Gürcüstanda, Ukraynada var. Amma bizim ölkədə hələ yoxdur”.

Elnur Quliyevin sözlərinə görə, kriptovalyuta alan şəxs 3 əsas risklə qarşılaşır. Bunlardan biri valatillikdir:

“Qiymətlər qalxan kimi kriptovalyutanı satmaq olmaz, həmçinin eyforiyaya qapılıb təzədən bütün pulunuzu ora qoymaq da lazım deyil. 2-ci əsas risk hüquqi riskdir. Kriptovalyuta alarkən bilməlisiniz ki, bunu istədiyiniz yerdə və məbləğdə nağdlaşdıra bilmirsiniz. 3-cü risk sizin texniki biliklərinizlə bağlıdır. Hesabınız kiberhücuma məruz qala bilər və yaxud siz parollarınızı itirə bilərsiniz”.

Ekspert deyir ki, Azərbaycanda kriptovalyutaya maraq son 3 ildə xeyli artıb. Kifayət qədər gənclər var ki, bu sahə ilə maraqlanır və investisiya yatırırlar.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri