31 
Mar
2016
15:30
181
22
11749
Virtual karabakh

Alimlər nəhəng yeraltı okean tapdılar

O, planetin ilkin inkişaf mərhələlərində meydana gəlib.

Rusiya, Fransa və Almaniyadan olan geokimyaçılar Yer səthinin 410-660 km dərinliyində Arxey dövrünün okeanını aşkar ediblər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə alimlərin tədqiqatları “Nature” jurnalında dərc edilib.

Jurnaldakı məlumata görə, okeanın həcmi Dünya okeanının həcmindən böyükdür.

İri su hövzəsi yerin səthi altındadır və qədim zamanlarda yüksək təzyiq və temperatur (1530 dərəcə Selsi) təsiri ilə yaranıb. Su mineralların kristallik sturkturundadır.

Alimlər lava axınının nümunələrini təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Daha öncə alimlər yeraltı okeanın olmasından şübhələnirdilər, amma aparılan tədqiqatlar onun ölçülərini təyin etməyə imkan verdi. Beləliklə də onlar yeraltı nəhəng okeanın mövcudluğunu bəyan edə biliblər. Çox güman ki, su hövzəsi planetin ilkin inkişaf mərhələlərində yaranıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri