Dek
2016
12:10
16
2
1593
Virtual karabakh

NASA mühəndisləri nəhəng “James Webb” teleskopunun yığılmasını tamamlayıblar

6 Dek, 2016
12:10
1593

NASA mühəndisləri nəhəng “James Webb” teleskopunun yığılmasını tamamlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NASA mühəndisləri “Hubble” kosmik teleskopunu əvəzləyəcək nəhəng kosmik teleskopun yığılmasını tamamlayıblar.

2018-ci ilin oktyabrında kosmosa buraxılması planlaşdırılan “James Webb”( JWST) orbital infraqırmızı rəsədxanası hazırda test sınaqlarından keçirilir.

Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

“James Webb” ( JWST) teleskopunun Avropa Kosmik İttifaqına məxsus olan “Ariane-5” daşıyıcı raketin köməyi ilə Fransız Qvianasının kosmodromundan buraxılışı planlaşdırılır. Bu teleskopun əsas xüsusiyyəti onun güzgüsünün seqmentlərdən ibarət olmasıdır. Teleskopun on səkkiz bölmədən ibarət əsas güzgüsünün diametri 6,5 metrdir.

Qeyd edək ki, “James Webb” ( JWST) teleskopunun əsas güzgüsünün sahəsi “Hubble” kosmik teleskopuna nisbətən yeddi dəfə artıqdır. Bu layihə ilə əlaqədar xərclər on milyard dollar təşkil edəcək.

Teleskop kainatın yaranmasından sonra formalaşmış ilk ulduzların işıqlarının tapılması üçün böyük həssaslığa malik olacaq. Onun vasitəsilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibinin təyin olunması imkanlarına ümid edirlər.

Teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması və təhlili, onların formalaşması və inkişafı, planetlər sisteminin yaranması və həyatın mənşəyinin öyrənilməsidir.

“James Webb” ( JWST) teleskopu Yer-Günəş sisteminin L2 Laqranj nöqtəsi ətrafında Halo orbitində hərəkət edəcək.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri