Dek
2016
17:24
15
3
1598
Virtual karabakh

Yeni mobil proqram fövqəladə hallar zamanı doğma insanları axtaracaq

7 Dek, 2016
17:24
1598

Yeni mobil proqram fövqəladə hallar zamanı doğma insanları axtaracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti fövqəladə hallar zamanı doğma insanların axtarışı üçün nəzərdə tutulan “Trusted Contacts” (“İnanılmış kontaktlar”) əlavəsini təqdim edib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu əlavə bir toxunuş ilə dost və qohumların harada olması barədə məlumat mübadiləsinə imkan verir. Əlavədə qeydiyyatdan keçərkən istifadəçiyə ünvan kitabçasından onun olduğu yer barədə məlumat mübadiləsi edəcək “inanılmış kontakt”ları seçmək təklif olunur. Bu kontaktlar, həmçinin smartfon sahibinin harada olması haqqında informasiya tələb etməyə imkan verir.

“Trusted Contacts” “offline” rejimdə işi dəstəkləyir. Məsələn, batareyanın enerjisi bitsə və ya siqnal itsə, əlavə kontaktlara istifadəçinin son qeydə alınan olduğu yeri göstərəcək.

Hazırda əlavə yalnız “Android” mobil əməliyyat sistemli qurğularla işləyir, “iOS” sistemi üçün versiyanın hazırlanması üzərində işlər aparılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri