21 
Dek
2016
14:57
179
26
5090
yuxarı
Əfqanıstanın əsgər qadınları – FOTO
21 Dek, 2016
14:57
5090
179
26
Əfqanıstanın əsgər qadınları – FOTO
Kabul Hərbi Akademiyası Əfqanıstan ordusunda qulluq etmək istəyən qadınlar üçün təlimlər keçərək onları ordu sıralarına qəbul edir.
Oxu.Az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, hal-hazırda akademiyada təlimini davam etdirən 150-dən artıq qadın var.
BMT-nin hesabatına görə, Əfqanıstan dünyada qadın olmağın ən çətin olduğu ölkələrdən biridir. Buna baxmayaraq, qadınlar ordu sıralarında təmsil olunmaq üçün tələb olunan hər şeyi edirlər.
Akademiya rəhbərliyinin dediyinə görə, qadınlar və kişilər ayrı-ayrı hissələrdə təlim keçsələr də, onların təlimləri eyni proqramı əhatə edir.
İsmayıl Nur