6 
Yan
2017
19:03
25
9
1206
yuxarı
Əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılacaq
6 Yan, 2017
19:03
1206
25
9
Əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılacaq
İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni cihaz bu ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək.
Məlumata görə, yeni “ağıllı” eynək görünüşcə adi eynək kimi görünür. Çərçivəsində gizlədilmiş 5 çip insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi proqrama göndərilir, sonra həmin məlumatlar əsasında eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Eynək smartfona “bluetooth” vasitəsilə qoşulur.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək