Yan
2017
10:42
213
59
5583
Virtual karabakh

Goranboy sakini evini Azərbaycan bayrağına bürüdü – VİDEO

9 Yan, 2017
10:42
5583

Goranboy sakini evini Azərbaycan bayrağına bürüdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ev üçrəngli bayraq formasında boyatdırılıb.

Oxu.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər Goranboyun Tatarlı kənd sakini Qaryağdı Həsənova məxsus evdəndir.

Evin tikintisinə ötən il başlanlılıb. Tikinti işləri irəlilədikcə Qaryağdı Həsənov ürəyindəki arzusunu reallaşdırmaq qərarına gəlib. Kub formalı bina tikilib ərsəyə gəldikdən sonra ev sahibi onu bayrağın rənglərində boyatdırıb və üzərinə ay ulduz çəkdirib.

Evi bu cür rəngləmək Qaryağdı Həsənovun çoxdankı arzusu imiş. Qeyri-adi ev görənlərin marağına səbəb olur.

Nişanlı oğluna toy etməli olan ailə ikimərtəbəli evin 1-ci mərtəbəsini tez bir zamanda inşa etdirərək ora gəlin gətiriblər. Binanın 2-ci mərtəbəsində isə işlər yekunlaşmayıb. Ev sahibi evin damını da göy, qırmızı və yaşıl rəngli keramika ilə örtəcəyini bildirib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri