20 
Fev
2017
11:53
238
57
21213
Virtual karabakh

Rusiyalı model Dubayda qalmaqal yaradıb: Cinayət işi açılıb – FOTO + VİDEO

20 Fev, 2017
11:53
21213

Rusiyalı model Dubayda qalmaqal yaradıb: Cinayət işi açılıb – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dubay polisi rusiyalı modeli həbs etməyə hazırlaşır.

Ekstrem həvəskarı, model Viktoriya Odintsovanın çılğın fotosessiyası qalmaqala səbəb olub.

Oxu.Az missiya.az-a istinadən xəbər verir ki, Dubay polisi modeli təhlükəsizlik tədbirləri almadan etdiyi fotosessiyaya görə həbs etmək istəyir.

Dubayın polis rəisi, general-mayor Xəlil İbrahim Əl Mansuri mətbuata açıqlamasında model barəsində cinayət işinin açıldığını deyib. “Qız çox təhlükəli hərəkətlər edib. O, hər an binanın başından yerə - insanların üzərinə düşə bilərdi. Biz fikirləşirik ki, model ortaya çıxmalı və gələcəkdə belə təhlükəli əməl törətməyəcəyi ilə bağlı sənəd imzalamalıdır”.

Əl Mansuri bildirib ki, belə təhlükəli hərəkətlər etmək istəyən insanlar mütləq müvafiq orqanlardan icazə almalıdır: “Belə hərəkətlər böyük təhlükəsizlik tədbirləri tələb edir”.

Xatırladaq ki, model Dubayda 306 metr hündürlükdə heç bir təhlükəsizlik tədbiri olmadan fotosessiya edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri