11 
Mar
2017
23:55
99
44
5794
Virtual karabakh

Benefis del Toro

11 Mar, 2017
23:55
5794

Benefis del Toro

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivudun ən təhlükəli puertorikalının 50 yaşı tamam olur.

Fevralın 19-da Benisio del Toronun 50 yaşı tamam olur. 

30 illik karyerası ərzində 40 hollivud filmində rol alıb, ona əsasən narkobaron, terrorçu, məhkum rolları həvalə edilirdi, bunun səbəbi isə yəqin ki, xarici görünüşü idi. 

Del Toronun ən yaddaqalan rolları “Las-Veqasda qorxu və nifrət” filmindən “Çe” filminə qədər “Lenta.ru”nun qalereyasındadır. 

Çe, 2007-ci il
Stiven Soderberqin bioqrafik dramında Kuba inqilabının komandanının roluna görə, Beniso del Toro Kann festivalında ən yaxşı aktyor mükafatını alıb. Çəkilişlər üçün aktyor 16 kq arıqlamalı olub. 

“Las-Veqasda qorxu və nifrət”, 1998-ci il

Terri Qilliamın filmində vəkil doktor Qonzonun rolu üçün del Toro 20 kq çəki almalı olub. Bununla yanaşı, aktyor dörd il sonra Dieqo Riveranın rolunda çəkilməkdən imtina edib, belə ki, həmin rol üçün də çəki yığmaq lazım idi.  

“Böyük mənfəət”, 2000-ci il

Del Toro Qay Riçi Frenkin “Dörd barmaq” filmində oynayıb. Onun canlandırdığı personajın “Vere Iz da Stoun?” ifadəsi beş saniyəlik audioyazı şəklində filmin saundtrekinə daxil edilib. 


 
“Günahlar şəhəri”, 2005-ci il
Del Toro “Böyük yağlı dava” novellasında alçaq Cekinin rolunda peyda olur. Onu fahişələrdən biri öldürür, bu isə polis və fahişələr arasında davaya səbəb olur, belə ki, onun üstündə polis jetonu tapılır.  

“Qatil”, 2015-ci il 
2015-ci ildə Deni Vilnevin filmində oynadığı rola görə, del Toro Hollivud kinofestivalının ən yaxşı kişi rolu üçün mükafatına layiq görülüb, həmçinin BAFTA mükafatına nominant olub.

“21 qram”, 2003-cü il 
Alexandro Qonsales İnyarritunun filmində sabiq məhkumu oynayan del Toro ikinci dəfə Oskar mükafatının nominantı olub, amma “Sirli çay” filmində oynayan Tim Robinsona məğlub olub. Amma ən yaxşı aktyor kimi Venetsiya kinofestivalının mükafatını qazanıb.  

“Anadangəlmə qüsur”, 2014-cü il 

Pol Tomas Andersonun dramında del Toro filmin baş qəhrəmanının vəkilinin və dostunun rolunu oynayır. Baş qəhrəmanı Hoakin Feniks canlandırır. 

“Traffik”, 2000-ci il 
Soderberqin filmində aktyor oynadığı rola görə, “ən yaxşı ikinci plan kişi rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

“İtirdiklərimiz”, 2007-ci il
Bu filmdə Benisio del Toro növbəti dəfə narkotiklərlə əlaqədar şəxsi oynayır, bu dəfə o heroindən asılı şəxsi canlandırır. 

“Şübhəli şəxslər”, 1995-ci il
“Şübhəli şəxslər” trillerində oynadığı rola görə, aktyor “Azad ruh” mükafatına layiq görülüb. İkinci plan kişi rolu üçün “Oskar” mükafatını isə onun tərəfdaşı Kevin Speysi alır.  

“Cimmi Pikar”, 2013-cü il
Benisio del Toro filmlərdə əsasən, Latın amerikalıların obrazını canlandırır, amma “Cimmi Pikar” filmində o, hindu rolunu ifa edib. 

S.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri