Mar
2017
08:55
14
171
2908
Virtual karabakh

Kökəlmə xərçəng riskini artırır – ARAŞDIRMA

2 Mar, 2017
08:55
2908

Kökəlmə xərçəng riskini artırır – ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup avropalı mütəxəssis kökəlmənin xərçəng riskini artırdığını təsdiq edən yeni faktlar aşkar edib.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, mütəxəssislər bu qənaətə xərçəngin yaranması ilə bağlı iki yüzdən çox elmi işin tədqiq olunmasından sonra gəlib. Bu elmi işlər on minə yaxın adam üzərində aparılan yoxlamalardan sonra yazılıb.

Mütəxəssislərdən birinin fikrincə, xərçəngin 9 formasının hər birinə yüngül və ya ağır dərəcədə kökəlmədən əziyyət çəkən insanlarda daha çox rast gəlinib.

Alimlər qeyd edirlər ki, bu faktlar gələcəkdə həkimlərə kökəlmə ilə xərçəng arasında birbaşa əlaqənin mümkünlüyünü diqqətdə saxlamağa imkan verəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri