4 
Mar
2017
22:44
56
119
3035
yuxarı
Böyük Britaniya alimləri “geyim-soyuducu” hazırlayırlar
4 Mar, 2017
22:44
3035
56
119
Böyük Britaniya alimləri “geyim-soyuducu” hazırlayırlar
Böyük Britaniya alimləri “geyim-soyuducu”nun yaradılması üzərində işləyirlər. Ekspertlərin fikrincə, bu, kondisioneri əvəz edə biləcək.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, “geyim-soyuducu” xüsusi liflər və polietilendən ibarət olacaq. Bunun sayəsində geyim güclü istidə belə insan orqanizmini soyuq saxlamağa imkan verəcək. Həmçinin orqanizmi ətraf mühitin bütün mümkün təsirlərindən qoruyacaq. Alimlər bildiriblər ki, geyim “rahat nəfəs” alacaq, havanı 90 faizədək keçirə biləcək.
Geyim üçün nəzərdə tutulan parçanın istehsalı nisbətən ucuz başa gələcək, çünki xammal kimi emal edilmiş plastikdən istifadə olunacaq.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək