Mar
2017
19:23
42
12
6004
Virtual karabakh

İstəsəniz də gedə bilməyəcəyiniz 5 gizli yer

3 Mar, 2017
19:23
6004

İstəsəniz də gedə bilməyəcəyiniz 5 gizli yer

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanı başdan-başa gəzmək demək olar ki, mümkün deyil. Lakin dünyada elə yerlər var ki, oralara istəsəniz də gedə bilməzsiniz. Qısası, bu ərazilərə giriş qadağan edilib və yalnız müəyyən şəxslər üçün açıqdır.

Oxu.Az Sey-yah.com-a istinadla gedə bilməyəcəyiniz 5 gizli yeri təqdim edir:

Mount Weather, Virciniya, ABŞ

Mount Weather ABŞ hökumətinin gizli sığınacaqlarından biridir. 1958-ci ildə “Soyuq müharibə” dövründə qurulan bu ərazi fövqəladə hadisələr zamanı kompleks tədbirlər görülmək üçün istifadə olunur. Əraziyə sadəcə yüksəkvəzifəli dövlət rəsmilərinin girişinə icazə verilir. Yerin altında geniş ərazini əhatə etdiyi və çox ciddi şəkildə qorunduğu bildirilir.

Vale Do Javari Reservation, Braziliya

Ərazi Amazon meşələrində yaşayan 14 qəbilədən 2000 yerli sakini qorumaq üçün nəzarətdə saxlanılır. Bu qəbilələr müasir dünyadan tədric olunmuş şəkildə yaşayırlar. Bölgəyə giriş rəsmi şəkildə qadağan edilib.

“Club 33”, Nyu Orlean, ABŞ

Bu kluba üzv olmaq üçün 10-30 min dollar arası pul və 3-6 min dollar arası da vergi ödəmək məcburiyyətindəsiniz. “Pulumu verib, içəri girərəm” deyirsinizsə, yanılırsınız. Çünki bu kluba üzv olmaq istəyən o qədər insan var ki, azı 15 il gözləməlisiniz. Əks halda qapının arxasında nə olduğunu görə bilməyəcəksiniz.

Maqnit adası: Es Vedra, İspaniya

Bu ada Bermud üçbucağı və Şimal Qütbündən sonra dünyanın üçüncü ən güclü maqnit sahəsidir. Ərazidə texnika öz funksiyalarını itirir və kompas belə yanlış istiqaməti göstərir. İspaniya hökuməti adaya girişi rəsmi şəkildə qadağan edib.

Svalbard toxum anbarı, Norveç

Norveçin Longyearbyen şəhərindəki anbarın məqsədi dünyadakı bütün bitkilərin toxumlarını qorumaq və nəslinin tükənməsinin qarşısını almaqdır. 2008-ci ildə qurulan anbar dağın 130 metr dərinliyində, mənfi 18 dərəcə ərazidə yerləşir. Əraziyə heç kimin girməsinə icazə verilmir. 9 milyon dollara başa gələn anbarda 4 milyondan çox toxum saxlanılır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri