May
2017
23:36
96
26
5944
Virtual karabakh

Avropada “İlin ağacları” – FOTO

7 May, 2017
23:36
5944

Avropada “İlin ağacları” – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Avropada ilin ağacı adı üçün keçirilən müsabiqənin nəticələri bəli olub. Bu müsabiqədə Polşa, Böyük Britaniya, Fransa və Çexiyada bitən ağaclar yer alıb. 

© Foto : Rafal Godek/ 2017 European Tree of the Year
Avropada əsas ağacı Polşanın Yozef palıdı oldu. Hazırda o, Polşanın maraq doğuran abidələrindən biri hesab edilir. 

© Foto: Rafal Godek/ 2017 European Tree of the Year
İkinci dünya müharibəsində bu ağacın gövdəsində nasistlərdən qaçan iki yəhudi qardaş gizlənərək təqibdən xilas olublar. 

© Foto: Rafal Godek/ 2017 European Tree of the Year
Yozef palıdının təsviri Polşanın 100 zlotıx pul vahidində həkk olunub. 

© Foto : Tracey Williams/ 2017 European Tree of the Year
Müsabiqədə birinci yeri Uelsdə olan 500 yaşı olan Brimmonsk palıdı tutub. Ona artıq illərdir ki, bir ailənin nəsilləri qulluq edir.  

© Foto: Ludvik Plasil/ 2017 European Tree of the Year
Müsabiqədə üçüncü yeri Lipka adlı ərazidə yerləşən 800 yaşlı çex cökəsi tutub. Ağac 13-cü əsrdə tikilmiş malikanə ilə qədim qəbiristanlığı birləşdirən yolun kənarındadır. 

© Foto: Jean-Baptiste Barret/ 2017 European Tree of the Year
Dördüncü yeri, Martinika adasında XVII əsrdən mövcud olan “Habitation Céron” plantasiyasında böyüyən yağış ağacı tutub. 

© Foto: John Millar/ 2017 European Tree of the Year
Beşinci yeri Böyük Britaniyada Nortamberlend Milli parkında olan platan tutub. Bu, Hollivudun məşhur ağacı hesab edilə bilər, belə ki, “Robin Qud: oğrular şahzadəsi” burada çəkilib. 

© Foto: Paul Clerkin/ 2017 European Tree of the Year
Şimali İrlandiyada bitən palıd müsabiqədə altıncı yeri tutub. Bu ağacın kölgəsində yazıçı Çarlz Dikkens, şair Klayv Steyplz Lyuis və gənc kraliça Yelizaveta gəzib. 

© Foto: Lyudmila Gyurova/ 2017 European Tree of the Year
Bolqarıstanın Nasalevtsi kəndində bitən 600 yaşı olan palıd müsabiqədə yeddinci yeri tutub.  Ağac müqəddəs sayılan yerdə yerli kilsənin girişində bitir. 

© Foto: Niall Benvie/ 2017 European Tree of the Year
Şotlandiyanın “Din Don” ağacı müsabiqədə səkkizinci yeri tutub. 

© Foto: Alena Hroncova/ 2017 European Tree of the Year
Slovakiyada Budatin qəsri yanında bitən şərqi platan müsabiqədə doqquzuncu yeri tutub. 

© Foto: Excelentisima Diputacion de Avila/ 2017 European Tree of the Year
Onluğun sonuncu pilləsində İspaniyanın La-Andrada bələdiyyəsində bitən qara şam tutur. Şam ağacı Aprisquillo adını daşıyır və 350 ilə yaxın yaşı var. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri