İyl
2017
22:00
39
139
21429
Virtual karabakh

Bürclər – 7 İYUL

6 İyl, 2017
22:00
21429

Bürclər – 7 İYUL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qoç. Sizi çətin gün gözləyir. Zorakılığa, hücuma məruz qala bilərsiniz. Çətin işlərdən çəkinmək lazımdır. Ətrafdakı insanları kobudluğa sövq etməyin. Onlara öz fikirlərinizi yeritməyin. Sutkanın qaranlıq vaxtlarında ehtiyatlı olun.

Buğa. İş adamları öz işlərinin təqdimatı, gələcək biznes tərəfdaşları ilə əlaqələrin möhkəmləndirilməsi və maliyyə sənədlərinin imzalanması üçün geniş imkan əldə edəcəklər. Sağlamlığınıza diqqət yetirin, düzgün həyat tərzi aparın. 

Əkizlər. Ehtimal var ki, siz köhnə borclarınızı ödəməli olacaqsınız, və ya büdcəniz planlaşdırılmamış xərclərə görə azalacaq. Böyük alış-veriş etmək istəyəcəksizniz. Ayın əvvəli bunun üçün yaxşı vaxt deyil.

Xərçəng. Bu gün bir çox “xərçənglər” sözdən işə keçməli olacaqlar. Hansı sahədə fəaliyyətiniz dava etdirməyi seçməyin əsl vaxtıdır.

Şir. Sizin enerji potensialınız aşağı düşəcək. Yemək rejimini gözləyin və yorulmamaq üçün  tez-tez fasilələr verin. İşlərinizi rəhbərliklə dəqiqləşdirin, əməkdaşlarınızla diplomatik münasibətləri saxlayın. Axşam saatlarını sizə yaxın insanlarla keçirin. 

Qız. Sizin üçün çox həssas gün olacaq. Heç vaxt olmadığı kimi emosional və həssas olacaqsınız. Spirtli içki qəbul etməyin. Dişlərinizi müalicə etmək üçün uğurlu gün sayıla bilər.

Tərəzi. Sevgi və biznesdə sizi uğurlar gözləyir. Qadınlar seviləcək, romantik əhval-ruhiyyədə olacaqlar. Daha ciddi olun, özünüzü reklam etməyin.

Əqrəb. Sizi riskli tanışlıqlar gözləyir. Bu tanışlıqlar gözlənilmədən karyeranıza təsir göstərə bilər. Biznesinizə dostlarınızı cəlb etməyin, sizə paxıllıq edəcəklər və ziyan vuracaqlar.

Oxatan. Şəxsi maraqlarınız ikinci plana düşəcək. Bəziləri fikirləşəcəklər ki, ətrafdakı insanlar onların səbrini yoxlayır. Tabe olub işləməli olacaqsız, faydası böyük olacaq.

Oğlaq. Cəmiyyət “oğlaq”ların şəxsiyyətinə xüsusi maraq göstərəcək, gəlirlər artacaq. Siz ətrafdakı insanların sevgisini hiss edəcəksiniz. 

Dolça. Gəlirləriniz artacaq, lakin pulunuzu havaya sovurmayın. Bu gündən etibarən sizin xərcləriniz və investisiyalarınız effektsiz ola bilər. Hər şeyi birdən əldə etmək arzusundan əl çəkin. Hər addımınızı və gələcək imkanlarınızı hesablayın.

Balıqlar. Yeni işləriniz çox ehtimal ki, nəticəsiz yekunlaşacaq. Biznes və peşə işlərində mühüm qərarlar qəbul etməyin.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri