İyl
2017
03:00
442
30
24706
Virtual karabakh

Azərbaycanın ən məşhur şəlaləsi – Katex – VİDEO

8 İyl, 2017
03:00
24706

Azərbaycanın ən məşhur şəlaləsi – Katex – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın təbiəti olduqca gözəldir. Belə gözəlliklərdən biri də Balakən rayonu ərazisindəki Katex və ya Katexçay şəlaləsidir. Bəzən bura Qəbizdərə (Zaqatala rayonunda kənd – red.) şəlaləsi də deyilir.

Oxu.Az seyyah.az-a istinadən xəbər verir ki, şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Azərbaycanda ən məşhur şəlalə sayılır.

Şəlalə Kilsəçayın Katexçaya qarışdığı yerdə yerləşir. Hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir.

Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir.

Şəlalədən videonu təqdim edirik:

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri