14 
İyl
2017
00:28
75
86
13724
Virtual karabakh

Bürclər – 14 İYUL

14 İyl, 2017
00:28
13724

Bürclər – 14 İYUL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Milli.Az-a istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - verilmiş vədlərə əməl olunmayan gündür. Söhbətlərdə və danışıqlarda diqqətli olun. Xoşagəlməz təmaslar, rəğbət bəsləmədiyiniz insanlarla görüşlərdən yayına bilməyəcəksiniz. Əhvalınızı pozmayın. Problemlər müvəqqətidir.

Maliyyə məsələlərində çətinliklər yaranacaq. Xərcləri azaldın. Alış-verişdə bədxərclik etməyin.

Buğa - uğurlu gündür. İşgüzar maraqlarla şəxsi münasibətləri qarışdırmayın. Peşəkar fəaliyyət müstəvisində qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətlə irəliləyin.

Aktiv olun, enerjili çalışın.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Özünüzü qoruyun, həddən artıq ağır işdən imtina edin. İstənilən formada yeni işə və ya layihəyə başlayarkən diqqətli olun.

Səhhətinizə fikir verin.

Əkizlər - uğurlu, düşərli gündür. Hadisələr sizin üçün əlverişli məcrada inkişaf edir. Gərəkli olan addımlar atın, yanlış qərarlar verməyin. Naqolay duruma düşməməyə çalışın. Ən kiçik ləngimə problemlər yarada bilər.

Şəxsi münasibətlərdə irəliləyişlər olacaq.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Qüvvə və enerjiniz yetərincədir. Bütün yeni işlərə, hətta ən ağır problemlərin həllinə başlamaq olar. Alış-verişdə parfümeriya, saat, geyim almaq olar. Yeni layihəyə sərmayə yatırmaq üçün əlverişli zamandır.

Xərçəng - hər şey uğurludur. Güman etdiyinizdən də əlverişli zamandır. Hadisələrə təsir imkanlarına malik insanlar sizin tərəfinizdədir. Sizə yardım edən nüfuzlu insanlardan biri az sonra dostunuza çevrilə bilər.

Yüksək vəzifəyə malik insanla yeni münasibətlər formalaşacaq.

Günün ikinci yarısı daha uğurludur. Nəzərdə tutduğunuz planların hamısı reallaşmasa da, əksəriyyətini həyata keçirə biləcəksiniz. Romantik təmaslar uğurlu olacaq. Sevdiyiniz insanı hədiyyə ilə sevindirə bilərsiniz.

Şir - günün ilk yarısı qarışıq olacaq. İşdəki çətinliklər və ailədəki problemlər başağrısı yaradaraq əhvalınızı korlaya bilər. Çətin situasiyadan çıxış yolu arayarkən yanlışlıqları sıralamayın.

Səbirli, təmkinli olun. Günün ikinci yarısında vəziyyət düzələcək. Yeni imkanlar yaranır. Karyeranızda irəliləyiş imkanları var. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər şansları çoxdur.

Qız - yaşanan olaylara rəğmən nigaran qalmayın. Çaş-baş davranaraq vurnuxma yaratmayın. Stəkanda fırtına sizi qorxutmasın. Sizdən narazı olduğunu gizlətməyən insan əslində fəaliyyətinizə ciddi problemlər yarada bilməyəcək. Üstəlik, az sonra bu insanlar daha yaxşı düşünülmüş plan üzrə hərəkət etdiyinizi etiraf etməli olacaqlar.

Günün ikinci yarısında əvvəllər əldə etdiyiniz təcrübədən, biliklərdən yararlana bilərsiniz. Ötənlərdə kəsilmiş və ya soyumuş münasibətləri bərpa etmək olar.

Tərəzi - günün ilk yarısında problemlərin öhdəsindən gəlmək asan deyil. Səbirli olun. Yaşananlar sınaqdır. Bu dövrdə ciddi səhvlərə yol verməsəniz, sonra hər şey yaxşı olacaq.

Günün ikinci yarısı daha uğurludur. Yaxşı tanımadığınız insanların məsləhətlərinə və xüsusilə də vədlərinə inanmayın. Müstəqil davranın. Yalnız qərarlarınız irəliləyişə təkan verə bilər.

Alış-verişdə bədxərclik etməyin.

Əqrəb - yaxın ətrafınızdakı insanlarla dil tapmağı bacarın. Məhz bunun sayəsində problemlərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Şəxsi münasibətlərdə ciddi çətinliklər yaranmayacaq.

İşlərdə eksperimentlər aparmaq olar. Uğura nail olmaq üçün yeni yollar arayın.

Bilikləri, təcrübəni, peşəkar bacarıqları artırmaq üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Yeni tanışlıqlar və romantik təmaslar üçün münasib zamandır.

Oxatan - yaşamınızda hər şey istədiyiniz kimi deyil. Taleyinizdən şikayətlənməyin. İşlərin öhdəsindən gələcəksiniz. Hətta ən ağır problemlərin çözülməsi sizi usandırmayacaq, yormayacaq.

Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları var.

Yaxın ətrafınızdakı insanlar düşünürlər ki, heç bir tərəddüd olmadan qərarlar qəbul edirsiniz. Onların bəziləri sizə paxıllıq edirlər. Əslində isə şübhələrinizi kimsə ilə bölüşməyin. Tərəddüdləriniz barədə danışmayın.

Oğlaq - yaranan imkanlardan və əlverişli vəziyyətdən maksimal dərəcədə məhsuldar istifadə etməyə çalışın. Dəmiri isti-isti döyün. Uğur əldə etmək istəyirsinizsə, adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Başqalarının məsləhətlərinə aludə olmayın. Yalnız intuisiyanızın səsini dinləyin.

Əks cins mənsubları ilə təmaslar uğurlu deyil. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Emosiyaların təsirinə düşərək səhvlərə yol verməyin. Sonradan sizi təəssüfləndirəcək sözlər deməyin.

Dolça - mənfi təmayüllərin təsiri güclü olacaq. Amma narahat olmayın, kənar təsirlərə müqavimət göstərin, geri çəkilməyin. Problemlərin həllinə həddən ziyadə səy göstərərək yorğun düşməyin. Maliyyə itkiləri riski var. Planlaşdırılmamış alış-veriş etməyin.

Yaşlı qohumlarla təmaslarda diqqətli olun. Səbirli, qayğıkeş, təmkinli olun və münaqişələrin yaranmasına imkan verməyin. Kiçik səyahətlər uğurlu alınacaq. Şəraitdə dəyişikliklər edə bilərsiniz. İnteryerdə yeniliklər və dəyişikliklər üçün əlverişli zamandır.

Balıqlar - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar olacaq. Düşünülmüş qərarlar və təmkinli davranış gəlirlərə səbəb ola bilər. Nüfuzunuzu artırın. İşdə rəhbərliklə mübahisədə mövqeyinizi müdafiə edin, geri çəkilməyin.

Şəxsi münasibətlərdə adi günlərlə müqayisədə sərinləmə müşahidə olunur. Yaxınlarınızın yalnız öz işlərini düşünərək sizə əsla fikir vermədiyini zənn etməyin. Durum birmənalı olmadığı üçün onlar çətinliklərini həll etməyə çalışırlar.

Narahatlıq üçün ciddi səbəblər yoxdur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri