15 
İyl
2017
21:37
201
29
11185
Virtual karabakh

PUO-dan çəkilmiş heyranedici kadrlar – FOTO

15 İyl, 2017
21:37
11185

PUO-dan çəkilmiş heyranedici kadrlar – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dördüncü beynəlxalq “Drone Photography Contest” fotomüsabiqəsinin qaliblərinin adı açıqlanıb.

“Dronestagram” portalı “National Geographic”lə birgə dörd – “Təbiət”, “İnsanlar”, “Şəhər” və “Yaradıcılıq” kateqoriyalarında ən yaxşı 12 şəkili seçib. Sonuncu nominasiya bu il ilk dəfə təqdim edilib. 

Oxu.Az Lenta.ru-ya istinadən aeroçəkiliş sevənlərin maraqlı kadrlarını təqdim edir.

“Təbiət” nominasiyasında birinci yer: “Provans, yay məhsulu”
Foto: Jcourtial / “Dronestagram”

“Mən Valansola qeyri-adi kadr çəkmək ümidi ilə gəlmişdim. Məhsul yığımı gedirdi, ona görə də kombaynı çəkməyə çalışdım. Saatlarla gözəl kompozisiya əldə etmək üçün gözləməli oldum”. 

“Təbiət” nominasiyasında ikinci yer: “Transilvaniyaya gedən sonsuz yol”. 
Foto: Calin Stan / “Dronestagram”

“Bu yol qraf Drakulanın doğulduğu Siqişoara (Rumıniya) aparan yoldur. Əfsanəyə görə, o, gecə uçuşları zamanı ölkəni məhz bu rakursdan müşahidə edirdi”.

“Təbiət” nominasiyasında üçüncü yer: “Buzların yaranması”
Foto: Florian / “Dronestagram”

“Qrenlandiyada 2017-ci ildə dəniz buzunun yaranması. Artıq indidən iqlim dəyişikliyinin bu prosesə necə təsir edəcəyi görünür”.

“İnsanlar” nominasiyasında birinci yer: “Sətrin sonu”
Foto: Martin Sanchez / “Dronestagram”

“Yeni perspektiv tapmaq istərkən, əvvəli və sonu unudursunuz”. Manaskven, Nyu-Cersi,  ABŞ.

“İnsanlar” nominasiyasında ikinci yer: “Su zanbaqları”
Foto: Helios1412 / “Dronestagram”

“Vyetnamın Mekon deltasında qadın su zanbaqları yığır”.

“İnsanlar” nominasiyasında üçüncü yer: “La Vixanera”
Foto: Feelingmovie / “Dronestagram”

“Yeni ilin birinci bazar günü İspaniyanın Silio şəhərində keçirilən La Vixanera maskaradı”.

“Şəhər” nominasiyasında birinci yer: “Beton cəngəlliklər”
Foto: Bachirm / “Dronestagram”

Son onilliklər ərzində Dubay əsl beton cəngəlliyə dönüb, fotonun müəllifi də məhz bunu göstərməyə çalışıb. 


“Şəhər” nominasiyasında ikinci yer: “Merkuri qülləsində gün doğuşu”.
Foto: Alexeygo / “Dronestagram”

“Sənaye alpinistlərinin bu rakursdan işlərinin necə göründüyünü sevirəm. Sanki onlar göydələnlərin pəncərələrini deyil, bütün şəhəri silirlər”. Moskva, Rusiya.

“Şəhər” nominasiyasında üçüncü yer. “Dünya”
Foto: Luckydron / “Dronestagram”

Tələbə Luis Saqvar-Dominqo ekzotik məkanlar və qeyri-adi rakursların axtarışındadır. Madrid, İspaniya.

“Yaradıcılıq” nominasiyası: “İki inək”
Foto: Luke Bell / “Dronestagram”

“Səhər su içmək üçün gələn inəklərin suya düşən kölgələri”, Paarl, Cənubi Afrika Respublikası.

“Yaradıcılıq” nominasiyası: “Dənizçi Uqo”
Foto: Rga / “Dronestagram”

“Uşaqlarımın çimərlikdə oynadığını görərkən, kətan kimi, qumun üzərində şəkil çəkmək istəyirəm”. Etabl-sür-Mer, Bretan, Fransa. 

Finalçı: “Möhtəşəm Sigiriya”
Foto: Jcourtial / “Dronestagram”
Sigiriya dağı, Şri-Lanka.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri