Avq
2017
10:34
123
17
3855
Virtual karabakh

Yaponiyada vəhşi heyvanları qovmaq üçün “robot” istehsal olunub - VİDEO

8 Avq, 2017
10:34
3855

Yaponiyada vəhşi heyvanları qovmaq üçün “robot” istehsal olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada ev təşərrüfatlarına ziyan vuran vəhşi heyvanları qovmaq üçün qorxunc robot-canavar istehsal olunub.

Oxu.Az-ın moya-planeta.ru-a istinadən verdiyi məlumata görə, layihə Kisarazu prefekturasında sınaqdan keçirilib.

Robot-canavarın ölçüləri adi canavardan fərqlənmir. Hündürlüyü 50 sm, uzunluğu 65 sm olan robotun adı Super Monster Wolfdur. Xəz ilə örtülən robotun ağzında iti canavar dişlər var.

Robot vəhşi heyvanların yaxınlaşmasını onun daxilində quraşdırılan xüsusi cihazlar vasitəsilə aşkarlayır və onları qorxudur. Belə ki, “canavarın” gözlərində sayrışan qırmızı işıqlar yanır və o, canavarın ulaması,  insan, hətta atəş səsi çıxarır.

Kisarazu prefekturasının merinin sözlərinə görə, robot-canavar iyulun 11-də “fəaliyyətə başlayandan” sonra  ətrafda heç bir vəhşi heyvan müşahidə olunmayıb.

Robotların sifarişinə sentyabrdan başlanacaq və onun qiyməti  200000 yen olacaq (3000 manat).

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri