10 
Sen
2017
23:49
220
38
9515
Virtual karabakh

Evini kimsəsiz heyvanlar üçün qoruğa çevirən ailə - FOTOLAR

10 Sen, 2017
23:49
9515

Evini kimsəsiz heyvanlar üçün qoruğa çevirən ailə - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Maxaraştra ştatında kimsəsiz qalmış vəhşi heyvanlar üçün xüsusi bir qoruq var.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, hər şey 70-ci illərdə başlayıb. Bir gün Prakaş Amte həyat yoldaşı ilə meşədə gəzərkən, ovdan ölü meymun ilə qayıdan bir qrup insan görür. Ölü anasının bətnindən yapışan meymun balası Prakaşın diqqətini çəkir. Bu dəhşətli mənzərə ona pis təsir edir və qərara alır ki, insanlara balanı anası kimi öldürüb yeməyə imkan verməyəcək. Düyü kisəsinə dəyişdirilərən meymun balası gələcək ailənin ilk üzvü olur.

Amte bilirdi ki, ov yerli tayfaların yeganə qida mənbəyidir. O insanları heyvanların balalarını öldürməyin xeyirsiz olduğunu, və kimsəsiz qalan heyvanları düyü, paltar və dərman ilə dəyişməyə razı sala bilir və Amtenin evi qısa bir zamanda qoruğa çevrilir.

Son 40 il ərzində bu qoruq bir çox heyvan üçün sığınacağa çevrilib: xırda gəmiricilərdən tutmuş çaqqallara, bəbirlərə, timsahlaradək.

Hazırda qoruqda 100-ə yaxın heyvan yaşayır.

E.C.
www.oxu.az

 

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri