Sen
2017
09:42
24
91
10950
Virtual karabakh

Dünyanın ən təhlükəli 10 qidası – SİYAHI

8 Sen, 2017
09:42
10950

Dünyanın ən təhlükəli 10 qidası – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın məşhur sağlamlıq və düzgün qidalanma ilə əlaqəli mövzuları işıqlandıran məşhur eatthis.com portalı insan sağlamlığına zərər verən ən təhlükəli 30 qidanı müəyyənləşdirib.

Oxu.Az Modern.az-a istinadən həmin siyahının ilk onluğundakı qidaları təqdim edir:

Pop-korn - Xüsusi dəzgahlarda partladılan qarğıdalı ona əlavə olunan yağ, duz və başqa ədviyyatlar səbəbindən insan orqanizminə ciddi zərər vurur. Piylənmə və mədə problemi olanlar pop-korndan qaçmalıdırlar;

Hazır toyuq kotleti (chicken nugget) – Bu təamın insan orqanizmi üçün bir çox zərərləri var. Amma ən təhlükəlisi ona vurulan süni qida boyasıdır.

Kolbasa və sosiska məhsulları - Bu qidaların tərkibinə əlavə edilən məmulatlar bir-biri ilə əlaqəsi olmayan, reaksiyaya girə bilməyən maddələrdir. Bundan əlavə, həddən artıq vurulan duz, istiot və nitrat turşusu ət məmulatı olan kolbasaların olan-qalan vitaminlərini də məhv edir;

Çipsi və peçenye çubuqları - Hər ikisinin hazırlanmasında süni qida boyası və zərərli ədviyyatlardan istifadə olunur. Bu qidalar bədəndəki maddələr mübadiləsinin pozulmasına şərait yaradır. Həzm prosesini ləngidir;

Dadlandırıcı və ətirli qatqılar - Bu, bizdə o qədər də yayılmayıb. Xüsusən, birdəfəlik atma çaylara qatılır ki, rəngini dəyişsin və ona əlavə qoxu, dad versin. Həb formasındadır. Kifayət qədər ziyanverici xassələrə malikdir;

Jelibom və düymə formalı konfetlər -  Uşaqların “bonibon”dediyi həbəoxşar xırda konfetlərin özlərindən qat-qat böyük zərərləri var. İndi də çox satılan bu cür konfetlərdə süni boya, doymuş zərərli yağ qatqıları və ifrat şəkər var ki, bunların üçü də orqanizmi məhv edir;

Qəhvə kremi – Nə yaxşı ki, elit restoran-kafeləri çıxmaq şərti ilə, bizdə çox istifadə edilmir. Əsasən, acı qəhvələrin üzərinə əlavə edilir ki, bu da birbaşa ürəyə, qan-damar sisteminə ciddi təsir göstərir;

Sendviç -  İfrat ədviyyat, duz əlavə edilən sendviç gec həzm olunur, maddələr mübadiləsini pozur;

Marqarin – Yaxşısı budur ki, marqarinin fəsadlarından danışmayaq. Ən yaxşısı istifadə etməməkdir;

Noğul - Müxtəlif rənglərlə boyanmış, bərk şəkərdən ibarət olan noğulun təkcə təyinatı belə zərərlidir. Çünki adından da göründüyü kimi, bu məmulat süni qida boyası və izafi dərəcədə boyat şəkərdən hazırlanır ki, onların hər ikisi orqanizm üçün zərərlidir. Uşaqları noğuldan uzaq tutmaq məsləhətdir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri