23 
Noy
2017
21:52
306
37
9547
Virtual karabakh

Bakıda qeyri-adi mağaza: Sovet dövrünün əşyaları satılır – VİDEO

23 Noy, 2017
21:52
9547

Bakıda qeyri-adi mağaza: Sovet dövrünün əşyaları satılır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda birinci dünya müharibəsi dövründən qalan kitablar, radiolar, sovet dönəminin əşyaları satılır.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına əsasən, Bakı sakini Qulaməli Babayev bir neçə il əvvəl köhnə evlər sökülərkən bir çox insanın zibilə atdığı həmin əşyaları toplayaraq saxlayıb.

İlk vaxtlar hobbi kimi başlasa da zamanla əşyalar o qədər artıb ki, Qulaməli Babayev onları satışa çıxarıb.

25 minə yaxın kitab toplayan Qulaməli Babayev dükanında yer olmadığından kitabların çoxunu hədiyyə edir. Onun sözlərinə görə, antik əşyalara kifayət qədər maraq var.

Qiymətlər isə əşyanın ilinə və vəziyyətinin sazlığına görə dəyişir.

Altı ildir fəaliyyət göstərən dükana daha çox turistlər və gənclər maraq göstərir. Qulaməli Babayev kitabların bəzilərini internat məktəbinə hədiyyə etməyi düşünür.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri