Dek
2017
19:00
171
23
6304
Virtual karabakh

Ən qədim şaftalılar

6 Dek, 2017
19:00
6304

Ən qədim şaftalılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin cənub-qərbində tapılan qədim şaftalıların daşlaşmış çəyirdəkləri tapılıb. Tapıntı üzərində aparılan araşdırma nəticəsində qədin meyvənin yaşının 2,5 milyon ildən az olmadığı müəyyən edilib. Daşlaşmış çəyirdəklər formaca indikilərdən fərqlənmir. Lakin meyvələr indi mağazalarda satılanlardan çox kiçik olub.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, daşlaşmış çəyirdəklər 2010-cu ildə yeni yolun çəkilişi zamanı 5,3-2,6 milyon il əvvəlki dövrə aid süxur qatlarında aşkarlanıb. Yerli nəbatatçı Tao Su onları ABŞ-a yoxlamaq üçün göndərib. Alimlər müəyyən ediblər ki, çəyirdəklərin içərisindəki toxumlar dəmirlə çıxarılıb. Çəyirdəklərin qabığı isə kristallaşmaya uğrayıb ki, bu da onların qədimliyinin əlamətidir.

Yeni kəşf şaftalıların həm təbii seçmə, həm də insan təsiri altında təkamülə uğramasını təsdiq edir. Çox güman ki, meyvələr iri primatların, o cümlədən məhv olmuş Homo erectusun qiymətli qida ehtiyatları idi. Alimlərin fikrincə, meyvələri yeyən homininlər bunların böyük sahələrdə yayılmasında iştirak ediblər. Tədqiqatçılar qədim şaftalıların müasir Prinus persika şaftalı növünə aid olmasını müəyyən edə bilməyiblər. Hazırda həmin meyvə Prinus kunmingensis növünə aid edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri