13 
Dek
2017
18:20
158
72
18454
Virtual karabakh

Xərçəng əleyhinə 5 qida

13 Dek, 2017
18:20
18454

Xərçəng əleyhinə 5 qida

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövrümüzün ən qorxunc xəstəliklərindən biri olan xərçəngə hər il 15 milyon insan tutulur. Təbii həllərin olduqca təsirli olduğu bilinərkən, bu təbii həllərin nə olduğu çox vaxt bilinmir. Oxu.az milli.az-a istinadən sizi  onların bəziləri ilə tanış edəcək:

1. Üzüm
Milli.Az deyerler.org-a istinadən bildirir ki, üzüm sağlam hüceyrələri qoruyur. Belə ki, o xərçəng hüceyrələrinin toksik təsirinin qarşısını alaraq böyümələrinə maneə törədir, sağlam hüceyrələrin qorunmasına isə, yardımçı olur. Bu səbəbdən də, mütəxəssislər üzümdən geniş istifadə edilməsini məsləhət görürlər.
 
2. Yaşıl çay
Polifenol ilə zəngin olan yaşıl çay xüsusilə xərçəngə qarşı qoruyucu təsiri ilə tanınmaqdadır. Belə ki, o xərçəngin inkişafını əngəlləyir və yayılmasını yavaşladır.
> Yaşıl çayın xüsusən də, mədə və bağırsaq xərçənginə qarşı müsbət təsiri olduğu bilinməkdədir.
 
3. Naringi
C vitamini ilә zәngin olan naringi, antioksidant təsiri ilə xərçəngə qarşı qoruyucu bir qidadır. Gündə 2 ədəd naringi yeməyin xərçəng önləyici təsirin yaranmasına sәbәb olur.
 
4. Sarımsaq
Sarımsaq da xərçəngə qarşı təsirli olan bir digər qidadır. Tərkibindəki A və C vitaminləri, kalsium, kalium, kükürd və sink kimi minerallar dəri, ağciyər və qan xərçənginə qarşı müsbət təsir göstərir.
 
5. Limon
Limon təbiiliyi ilə qoruyur. O, yüksək antioksidanta malikdir. Bu səbəbdən də, xərçəngə qarşı qoryucu xassə göstərir. Xüsusən də, qaraciyər, ağciyər, mədə və dəri xərçənginin qarşısını alır.

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri