15 
Dek
2017
19:00
91
200
11428
Virtual karabakh

ABŞ-da dünyanın ən etibarlı evi tikilib - FOTO

15 Dek, 2017
19:00
11428

ABŞ-da dünyanın ən etibarlı evi tikilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Atlanta şəhərində dünyanın ən etibarlı evi inşa olunub. Mütəxəssislərin fikrincə, hətta dünyanın sonunu da bu evdə qarşılamaq mümkündür.

Oxu.Az AZƏRTAC-a istinadla bildirir ki, sahəsi 10 min kvadratmetr olan evin bütün otaqlarının qapıları zirehdən hazırlanıb. Evdə xüsusi kommunikasiya xətləri quraşdırılıb və güclü təhlükəsizlik sisteminə malik 5 bunker tikilib. Bunkerlərə yalnız gizli qapı vasitəsilə girmək olar.

Tikintisinə 30 milyon dollar xərclənən evdə 8 yataq və 14 vanna otağı, 3 mətbəx, habelə hovuz, kinoteatr, rəsm qalereyası və hətta tir var.

Zirehli evin tikintisi altı ilə başa gəlib.

V.B.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri