15 
Yan
2018
15:45
7
22
3990
Virtual karabakh

Sərdar Ortac Ərdoğandan kömək istədi

15 Yan, 2018
15:45
3990

Sərdar Ortac Ərdoğandan kömək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur müğənni Sərdar Ortac yarızarafat, yarıgerçək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

Oxu.Az xəbər verir ki, S.Ortac Ərdoğandan onu Ebru Gündəşlə  barışdırmasını istəyib.

Jurnalistlərlə söhbətində qısa bir müddət öncə konsert vermək üçün getdiyi bir məkanda yemək yediyi restorana ertəsi gün Ərdoğanın gəldiyini ifadə edən S.Ortac sonra deyib:

“Bir gün də gözləsəydim, cümhuri-rəislə bir yerdə  olardım. Ona dərhal deyərdim ki, “Ebru abla məni əfv etsin, bu məsələdə mənə kömək edin”. Bu, təbii ki, bir zarafatdır… Ərdoğanı  görmək  özü yetərlidir.  Bu an hər hansı bir fikrim yoxdur, amma Ebrunun səhnəsinə gedərdim ən azından. Gözünün içinə baxardım, zatən əsəbləşməz. O məni sevir. Hər şeyi şişirtdilər. Bizim Ebru ilə dostluğumuz bitməz artıq”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri