16 
Yan
2018
16:50
23
231
8383
Virtual karabakh

Asqırmaq istəmədi, boğazı yırtıldı

16 Yan, 2018
16:50
8383

Asqırmaq istəmədi, boğazı yırtıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyada uğursuz şəkildə asqıran 34 yaşlı sakin xəstəxanalıq olub və bir həftəyə yaxın mədə zondu ilə qidalanmalı olub.

Oxu.Az xəbər verir ki, bu barədə “BMJ Case Report” tibbi jurnalında məqalə dərc olunub.

34 yaşlı kişi udqunan zaman kəskin ağrı və səsinin dəyişməsi şikayəti ilə həkimə müraciət edib. Onun sözlərinə görə, asqırmaq istəyən zaman əli ilə burnunu sıxıb, ağzını isə möhkəmcə bağlayıb və birdən boyun nahiyəsində nəyinsə yırtıldığını hiss edib.

Rentgen müayinəsi burun-udlaq boşluğuna havanın yığıldığını göstərib və traxeya qarşısında güclü dərialtı emfizemanın formalaşdığını üzə çıxarıb.

Dərialtı emfizema, bir qayda olaraq, ağciyər və hava-qırtlaq yollarının zədələnməsindən xəbər verir. Sonrakı müayinələr boyunda (dərialtı emfizema) və sinə boşluğunda (divararası emfizema) kəllənin təməl hissəsindən doqquzuncu döş fəqərəsinə kimi havanın yığıldığını  ortaya çıxarıb.

Həkimlər belə nəticəyə gəlib ki, asqırağın qarşısını almaq istəyən kişinin udlaq divarı yırtılıb. Növbəti yeddi gün ərzində qidalana bilməsi üçün xəstəyə mədə zondu qoyulub. Bundan başqa, profilaktika məqsədilə ona antibiotiklər yazılıb.

Bir həftə sonra simptomlar zəiflədiyindən zond kənarlaşdırılıb. Evə buraxılan xəstəyə yalnız sulu xörəklərdən ibarət dieta saxlamaq və bundan sonra asqıran zaman heç bir vaxt burnunu sıxmamaq tövsiyə olunub.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri