11 
Fev
2018
23:45
35
239
8323
Virtual karabakh

Kişilər əzələli görünmək üçün necə geyinməlidir?

11 Fev, 2018
23:45
8323

Kişilər əzələli görünmək üçün necə geyinməlidir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstər əzələlərdən ibarət olaq, istərsə də adi bədənə sahib olaq yenə də daha çox əzələli görünmək istəyirik. Bəs geyindiyiniz paltarlar sizi olduğunuzdan kiçik göstərirsə nə etməlisiniz? 

Oxu.Az daha da əzələli görünməniz üçün geyiminizdə fikir verməli olduğunuz 3 qaydanı sizə təqdim edir.

Tikiş yerlərinə diqqət edin!

Tişörtlərinizin çiyinlərindəki tikiş xətlərinə diqqət edin. Tikişlər aşağıya doğru sallansa tişörtünüzü dolduracaq qədər iri bədənə sahib olduğunuzu göstərə bilməyəcəksiniz. Lakin əgər tikişlər çiyin hissədə oturursa ya da üzərində dayanırsa, çiyinlər daha geniş görsənəcək. İnsanlar sizin tişörtünüzə sığa bilməyəcək qədər böyük olduğunuzu düşünəcəklər.

Üstünüzə tam oturan modellər seçin!

Üstünüzə düzgün oturan köynək biseps və sinə əzələlərinizi göstərəcək. Lakin bədəni qucaqlayan paltarlarla dar geyimlər arasında bir fərq var. Qol və çiyinlərinizi qucaqlayan lakin orta gövdənizi sıxmayan paltarlar seçin. Hər zaman pambıq materialdan olan tişörtlərə üstünlük verin. Bu köynəklər əzilmir və gövdənizi tam yaxşı göstərir.

Strateji bir formanı seçin!

Üfüqi xətlər sizi daha iri, şaquli xətlər isə daha uzun göstərir. Hədəfiniz daha böyük görünməkdirsə, gövdənizə yayılan geyimləri seçməlisiniz.Üstü daha tünd, aşağıya doğru rəngi açılan tişörtrləri də seçmə imkanınız var. Sinə və çiyinlərinizi örtən tünd tonlar sizi daha əzələli göstərəcək.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri