14 
Fev
2018
11:22
27
158
9136
Virtual karabakh

Sevgililər günündə bürclərə görə ala biləcəyiniz ən ideal hədiyyələr – SİYAHI

14 Fev, 2018
11:22
9136

Sevgililər günündə bürclərə görə ala biləcəyiniz ən ideal hədiyyələr – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün – 14 fevral Sevgililər günüdür. Hələ də hədiyyə almamısınızsa, sevgilinizin bürcünü nəzərə alıb, xoşuna gələ biləcək ən yaxşı həddiyəni seçə bilərsiniz.

Bu mövzuda Oxu.Az sizə kömək edəcək:

Qoç

Yazın ilk ayında dünyaya gələn qoç bürcü sakinləri yerində durmayan, sürətli və hərəkət edən insanlardır. Buna görə də qadın və kişi fərq etmədən, qoç bürclərinə alına biləcək ən ideal hədiyyə idman ayaqqabılarıdır. 

Buğa

Buğalar evlərində rahat və komfortlu həyatı çox sevirlər. Onların həyatını asanlaşdıran bütün ev, yaxud şəxsi əşyalar həm qadın, həm də kişilər üçün hədiyyə oluna bilər. Qadınlar üçün kiçik mətbəx əşyası almaq isə sizə böyük təşəkkür gətirə bilər.

Əkizlər

Əkizlər yaxın dostları və çevrəsindən davamlı olaraq məlumat almaq istəyir. Onlara mobil telefon və ya kompüter hədiyyə edə bilərsiniz. Həmçinin, elm və texnologiya ilə əlaqəli əşyalar da əkizlərin maraq dairəsindədir. Onların həyata baxışını dəyişdirəcək əşyalar və kitablar almağınız məsləhətdir.

Xərçəng

Xərçənglər hissləri ilə hərəkət edirlər. Qadınlar üçün sevimli yumşaq oyuncaqlar, kişilər üçün konsertə iki bilet möhtəşəm hədiyyə ola bilər.

Təbii ki, hədiyyələrini verməmişdən öncə kiçik bir kağıza romantik sözlər yaza bilərsiniz. Əgər, baxa biləcəyini dəqiq bilirsinizsə, ev heyvanı hədiyyə etməklə, ona əsrarəngiz gün yaşatmağınız mümkündür.

Şir

Şirlər əylənməyi və ön planda olmağı sevirlər. Onlar üçün axşama əyləncəli bir proqram hazırlaya, üstlərində adlarının yazıldığı tişört ala bilərsiniz. Ancaq hədiyyənin ona aid olduğunu göstərən bir detal mütləq olmalıdır.

Qız

Qızlar ağıllı və kiçik detallara önəm verən insanlar olur. Onlara ən sevdiyi yazıçının kitabını ala bilər, içərisinə kiçik notlar yaza bilərsiniz.

Tərəzi 

Tərəzilərə ala biləcəyiniz ən yaxşı hədiyyə onların estetik qayğısına xidmət edən bir şey olmalıdır.

Qadınlar üçün bədən kremləri, parfüm, ən sevdiyi ayaqqabı və geyim unudulmaz hədiyyə ola bilər.

Tərəzi kişiləri üçün isə ən bəyəndiyi qolbağ, saat, parfüm və tərzinə uyğun bir geyim seçə bilərsiniz. Romantik, şam işığında yemək təşkil etməyi isə unutmayın.

Əqrəb

Romantik anları, flört etməyi, keçmişlə əlaqə qurmağı sevirlər. Keçmişinizlə bağlı hər hansı fotonu hədiyyə edə bilərsiniz.

Əqrəb qadınlarına seksuallığını və gözəlliyini ön plana çıxaran şəxsi baxım əşyaları ala bilərsiniz. Kişilər üçün isə aksessuar və geyim almaq məqsədəuyğun olar.

Oxatan

Oxatanlar bütün Zodiak bürcləri içərisində ən pozitiv insanlardır. Səyahət etməyi çox sevirlər. Onlara səyahətlə bağlı bir əşya, yaxud konsert bileti hədiyyə edin.

Oğlaq

Bir oğlaq qadınına alına biləcək ən yaxşı hədiyyə hər zaman mənasını və dəyərini qoruyan bir aksessuar olmalıdır. Boyunbağı, sırğa və ya qolbağ bu seçimlər arasındadır.

Oğlaq kişilərinə isə iş həyatı ilə bağlı hədiyyə seçmək düzgün olar: Qalstuk, qələm, kitab və ya bir çanta...

Dolça

Dolçalar hər kəsin etdiyini etməzlər. Moda belə onlar üçün hər kəsdən fərqli olandır. Buna görə də cinsiyyət fərqi olmadan, dolçalara özəl, heç kimdə olmayan bir həddiyə alın. Bu, sənətlə də bağlı ola bilər: Bir tablo və ya albom...

Balıqlar

Balıqlar çox romantik və duyğusal olurlar. Kişilər üçün onu nə qədər çox sevdiyinizi yazdığınız çərçivədə olan bir foto ala bilərsiniz. Hisslərinizi yazdığınız bir məktub da pis olmaz. Qadınlar üçün adlarının baş hərfi yazılan bir boyunbağı və ya qolbağ əvəzsiz hədiyyədir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri