12 
Mar
2018
21:30
169
94
5682
Virtual karabakh

Ömrü uzadan dərman hazırlandı

12 Mar, 2018
21:30
5682

Ömrü uzadan dərman hazırlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransalı alimlər qanda zərərli xolesterin miqdarını aşağı salan və insult, infarkt riskini 15 faizi azaldan preparat yaradıb.

Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress”in pres-relizində qeyd olunur.

“Alirokumab” adlı bu preparat eyni zamanda erkən ölüm riskini aradan qaldıraraq, ömrün uzanmasına xidmət edir.

Dərman immun sistemini qaraciyərin aşağı sıxlıqlı lipoproteinlərin formalaşmasına cavab verən spesifik zülalına qarşı “hücuma” yönəldən “PCSK9” inhibitorlar sinfindəndir.

Sınaqlarda bu dərmanı iki il ərzində qəbul edən, orqanizmində yüksək xolesterin miqdarı olan insanlarda erkən ölüm riski 29 faiz azalıb.

Xolesterin – qan tərkibində lipoproteinlər şəklində olan yağlı spirtdir. Aşağı sıxlıqlı lipoproteinlər nazik damarların bloklanmasına gətirib çıxarır ki, bu da əksər hallarda ürək-damar sisteminin pozuntularına səbəb olur.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri