13 
Mar
2018
23:22
24
260
2991
Virtual karabakh

Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

13 Mar, 2018
23:22
2991

Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

Oxu.Az “The Daily Mail”ə istinadən xəbər verir ki, Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.

Beynəlxalq tədqiqat qrupunun mütəxəssislərinin fikrincə, bağırsaq xərçənginin üzə çıxması kişilərin televizora baxa-baxa qida qəbul etməsidir.

Alimlər eyni zamanda kompüter arxasında uzun müddət vaxt keçirmə ilə onkoloji xəstəliklərin inkişafı riski arasında əlaqənin olduğunu təsdiq edib.

Araşdırmanın müəllifləri balanslaşdırılmış dieta saxlamağı, sağlam həyat tərzi sürməyi tövsiyə edir. Bu yoğun bağırsaq xərçənginə qarşı effektiv profilaktika hesab olunur.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri