16 
Mar
2018
00:01
15
144
7014
Virtual karabakh

Kökəlmənin yeni təhlükəsi məlum oldu

16 Mar, 2018
00:01
7014

Kökəlmənin yeni təhlükəsi məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Massaçusets ştatının Ümumi klinik xəstəxanasının tədqiqatçıları artıq çəkinin xərçəngin effektiv müalicəsinə əngəl yaratdığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə “EurekAlert”-in pres-relizində qeyd olunur.

Söhbət ilk növbədə döş xərçəngindən əziyyət çəkən artıq çəkili qadınlardan gedir.

Alimlər müəyyən edib ki, süd vəzisinin xərçəngindən əziyyət çəkən pasiyentlərin təxminən 70 faizi artıq çəkiyə malikdir.  Şişlərdə müəyyən miqdarda piy toxumalarının olması ilə yanaşı, piylənmə iltihab və angioqen faktorlar səviyyəsinin inkişafına yol açır. 

Bütün bunlar məcmu şəkildə bədxassəli şişlərin, xərçəngin müalicəsində istifadə olunan “bevatsizumab” preparatına qarşı davamlılığını artırır.

Bu dərman xüsusilə angioqenez və metastaz inkişafı ilə mübarizə məqsədilə tətbiq olunur.

Tədqiqatçılar süd vəzisi xərçəngi olan 99 pasiyent üzərində sözü gedən preparatın effektivliyini təhlil edib. Məlum olub ki, preparat yalnız xəstələrin az qismində müsbət dəyişikliyə səbəb olur.

Yüksək çəki indeksinə malik xəstələrdə, normal çəkili pasiyentlərlə müqayisədə şişlərin sayı 33 faiz çox olub.

Şişlərdə olan piy toxumalarında qan kapillyarları azlıq təşkil etdiyindən, bu preparatın yeni törəmələrə sirayət etməsinə əngəl olub.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri