May
2018
17:53
111
43
6845
Virtual karabakh

Az çəkinin gözlənilməz təhlükəsi aşkarlandı

9 May, 2018
17:53
6845

Az çəkinin gözlənilməz təhlükəsi aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Az çəki demensiya riskini artırır. Boston Universitetinin tibb məktəbinin alimləri belə bir nəticəyə gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə elmi məqalə “Journal of Alzheimer’s Disease” jurnalında dərc olunub.

Alimlər bunun üçün ürəyin Freminqem müayinəsinin nəticələrini təhlil edib. Mütəxəssislər  xüsusi ilə yaşlı insanların 1979-1983-cü illərdəki həyat tərzini, onların demoqrafik göstəricilərini araşdırıb, kimlərə sonradan demensiya diaqnozunun qoyulduğunu öyrənməyə çalışıb.

Tədqiqat qrupu müəyyən edib ki, 50-60 yaşlarında olan insanlarda bədən çəkisi indeksi (insanın çəkisi ilə boyunun nisbəti)  aşağı olduqda, onun demensiyaya tutulma riski əhəmiyyətli dərəcədə artır.

Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri