15 
May
2018
15:12
139
36
3627
Virtual karabakh

Azərbaycan tibb elminin kökləri: Eramızdan əvvəl yazılan faktlar

15 May, 2018
15:12
3627

Azərbaycan tibb elminin kökləri: Eramızdan əvvəl yazılan faktlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Eramızdan əvvəl VI-V minilliklərə aid, üzərində cərrayihə əməliyyatının izi olan insan kəllə sümüyünün tapılması Azərbaycan tibbinin tarixi köklərinin vacib sübutudur. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, tarix elmləri doktoru, professor Fərid Ələkbərli deyib. 

“Azərbaycanda tibb elminin qədim tarixi var. Azərbaycanda müalicənin Qədim Misir və Şumerlərdəki tibb qədər tarixi kökü var.

Qədim zamanlarda yerli həkimlər çox mürəkkəb cərrahiyə əməliyyatları apara bilirdilər”, - alim deyib. 

Onun sözlərinə görə, Azərbaycan tibb elminin tarixindən danışdıqda bəzi faktları qeyd etməmək mümkün deyil:

“Hələ 700 il əvvəl azərbaycanlı alim Yusif ibn İsmayıl Xoyi səmərəli qidalanmanın nəzəriyyəsini təklif edib. Bu nəzəriyyədə bir çox müasir tibbi və dietik təşkilatların tövsiyələri səslənir. 

Mahmud ibn İlyas psixoterapiyanın musiqi, rəng və qoxular vasitəsilə müalicə prinsipləri haqqında yazırdı

Həsən ibn Rza Şirvani 800-dən artıq çoxkomponentli dərman üçün reseptler tərtib edib.

Hacı Süleyman Qacar İrəvani 600 növ dərman bitkilərini aşkar edib. Məhəmməd Yusif Şirvani isə qeyd edirdi ki, insanların uzunömürlülüyünün və sağlamlığının əsasını onların yaşadığı evlərin planlaşdırılması təşkil edir”.

Bəs kəllə sümüyü hanı?

Bizim dediyimiz insan kəlləsi haqqında bəzi qədim kitablarda məlumatlar dərc olunub. Onlardan bəziləri günümüzə qədər gəlib çıxıb və hazırda Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır. 

Bu fondda təxminən orta əsrlərə məxsus 40 min əlyazma qorunur.

Onlar arasında bəzi müəllifləri qeyd etmək lazımdır: Əbu Əli ibn Sina (980-1037) “Əl-Qanun fi-t-tibb”, Əbu-l-Həsən Maraği “Müalicat-i munfarida” (1775-1776), Əbu Reyhan Biruni (973-1048) “Kitab əs-saytdana fi ət-tibb”, Yusif ibn Məhəmməd Xaravi “Cam” əl-fava'id” (“Tibb-i Yusifi/ 1511), Mansur ibn Məhəmməd “Kifayət əl-Mucahida” (“Kifayət-i mansuriyə”/1423), Seyir Mir Məhəmməd Mu\'min “Tuxfat əl-mu'minin” (1669), Müzəffər ibn Məhəmməd Hüseyn Şəfa'i “Qarabadin” (XVII), Məhəmməd Hüseyn xan “Maxzan əl-ədviyya” (XVIII), Murtazaqulu Şamlu “Xirqa” (XVII əsrin sonu), Məhəmməd Yusif Şirvani “Tibbnamə” (1712), Hacı Süleyman ibn Salman İrəvani “Fava\'id əl-hikmət” (XVII), Həsən ibn Rza Şirvani “Sirac ət-tibb” (XVII) və sair.

Bəzi əlyazmalar botanika atlasını xatırladır – onlar rəngarəng şəkillər, dərman bitkilərinin tətbiqinə dair təfsilatlı məlumatlar və təsvirlərlə doludur.

Fuad Ələkbərlinin sözlərinə görə, Azərbaycan Əlyazmalar İnstitutunun kolleksiyasında misilsiz xəzinə saxlanılır. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri