26 
May
2018
00:32
182
33
9832
Virtual karabakh

Siqareti tərgitməyin effektiv yolu

26 May, 2018
00:32
9832

Siqareti tərgitməyin effektiv yolu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pensilvaniya universitetinin Skot Halpernin başçılıq etdiyi tədqiqat qrupu elektron siqaretlərin siqareti tərgitməyə kömək etmədiyini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu haqda məqalə “New England Journal of Medicine” jurnalında dərc olunub.

Tədqiqatçılar öyrənib ki, siqareti tərgitmək üçün ən yaxşı vasitə həmin şəxsin pul mükafatı ilə şirnikləndirilməsidir.

Tədqiqatda altı minə yaxın siqaret çəkən şəxs iştirak edib. Könüllülər siqareti tərgitmə metodları əsasında bir neçə qrupa bölünüb.

Birinci qrupda olan insanlara sağlam həyat tərzinin faydaları ilə bağlı motivasiya verilib. İkinci qrupda olan insanlara nikotin plastırları və müxtəlif əczaçılıq preparatları təqdim olunub.

Üçüncü qrupda olan könüllülərə elektron siqaretlər verilib. Son iki qrupda yer alan şəxslərə isə nikotin plastırı və digər metodlarla yanaşı, siqareti tərgitməyə görə 600 dollar mükafat təqdim olunub.

Şərtə görə, onlar altı ay ərzində siqaretə yaxın durmamalı olublar. Əks təqdirdə testin sonunda  bu mükafatdan məhrum ediliblər.

Məlum olub ki, iştirakçılara adi yardımın təklif olunduğu qruplarda testin sonuna yalnız könüllülərdən 0,1 faizi siqaret çəkməyi tərgitib. Digər qruplarda bu göstərici 0,5-3 faiz civarında dəyişib. Ən yaxşı nəticə isə pul mükafatı olan qrupda qeydə alınıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri