18 
İyn
2018
08:03
77
161
7918
Virtual karabakh

Alimlər yadplanetlilərə ismarıc göndərdi

18 İyn, 2018
08:03
7918

Alimlər yadplanetlilərə ismarıc göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sonar Music Festival” təşkilatı Kataloniya kosmik tədqiqatlar institutunun və “METI International” təşkilatının əməkdaşlığı ilə kainatda olan yadplanetli şüurla ünsiyyət qurmaq məqsədilə kosmosa 35 on saniyə müddətli musiqi parçası göndərib.

Oxu.Az xəbər verir ki, bu haqda “Inverse” nəşri məlumat yayıb.

Müştərək tədqiqat qrupu qısa mahnı parçalarının “qırmızı cırtdan” adlandırılan GJ 237 kosmik obyektinə və onun həndəvərində olan ərazilərə çatacağına və universal musiqi dilinə çevriləcəyinə ümid edir.

Uzun kosmik yolçuluq nəticəsində zədələnməməsi məqsədi treklər binar şifrə şəklinə gətirilib və yadplanetli varlıqlar onu qəbul edəcəyi təqdirdə deşifrə etməli olacaqlar.

GJ 237 planetlərindən biri yaşayışın olması üçün öz “günəşindən” əlverişli məsafədə və mövqedə yerləşir. Ancaq həmin kosmik həndəvərdə şüurlu varlıqlar yaşasa belə, mahnılar planetə ən tezi 2030-cu ildə çatacaq. 

Cavab ismarıcı göndəriləcəyi təqdirdə isə, Yerə 2042-ci ilə kimi çatacaq. Yadplanetli şüuru bəşəriyyətin bir sıra əlamətdar nailiyyətləri ilə tanış etmək üçün göndərilən informasiyaya eyni zamanda riyaziyyat və elmlə bağlı bir sıra məlumatlar daxil edilib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri