22 
İyn
2018
20:32
161
26
5479
Virtual karabakh

Qəhvənin ürəyə faydalı miqdarı müəyyən edildi

22 İyn, 2018
20:32
5479

Qəhvənin ürəyə faydalı miqdarı müəyyən edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər müəyyən edib ki, müntəzəm olaraq qəhvə qəbulu ürək-damar sisteminin hüceyrələrini zədələnmədən qoruyur.

Oxu.Az xəbər verir ki, Henrix Heyne adına Düsseldorf universitetinin mütəxəssisləri belə bir nəticəyə gəlib.

Universitetin tədqiqat qrupu kofeinin ürəyin əsas hüceyrələrinin mitoxondlarında olan “p27” zülalının aktivləşməsinə təsir göstərdiyini öyrənib.

Nəticədə insan orqanizmində ürək-qan damarlarının daxili divarlarını təşkil edən hüceyrələrin funksiyalarını yaxşılaşdıran prosesslər işə düşür.

Alimlərin təbirincə, bu effektə insan dörd fincan qəhvə qəbulundan sonra nail ola bilər. Kofeinin ürək üçün qoruyucu fəaliyyəti diabet, piylənmə və yaşla bağlı dəyişikliklər zamanı da müşahidə olunur.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri