İyl
2018
16:33
77
113
8743
Virtual karabakh

Kraliça Elizabet öz dəfnində “iştirak edib” - FOTO

3 İyl, 2018
16:33
8743

Kraliça Elizabet öz dəfnində “iştirak edib” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kraliça Elizabetin cənazə mərasiminin məşq prosesi keçirilib.

Oxu.Az “Dailymail”ə istinadən xəbər verir ki, kraliça məşq prosesinin keçirilməsi haqda qərarı ötən günlərdə səhhətində problem yaranandan sonra verib.

“London Bridge” adı verilən cənazə mərasiminin planına görə, kraliçanın ölümündən sonra baş nazir Tereza Mey çıxış edəcək və 10 gün matəm elan olunacaq.

Bu plan barədə hazırlıqlar isə ötən gün bəzi nazirlərin də iştirakı ilə gizli şəkildə tətbiq edilib.

Bildirək ki, BBC 92 yaşlı II Elizabet ölərsə, kraliça ilə vida mərasimində işçilərin geyinməsi üçün uniformanı və kanalın yayımını indidən hazır edib.

Kanal ölüm elanından sonra beynəlxaq marşını səsləndirəcək. Bütün kanalların arxa fonunda isə kraliçanın fotosu olacaq. Tünd rəngli kostyum geyinən aparıcılar ağ köynəyin üstündən də tünd qalstukdan istifadə etməlidir.

Elandan 12 gün sonra isə dəfn mərasimi olacaq və həmin günədək əyləncə proqramları yayımlanmayacaq.

Ölkə daxilində bütün radio və televiziya kanallarının indidən yayımlanacağı proqramlar bəllidir. Kraliçanın ölümündən sonra səslənəcək lirik və qəmli mahnıların da siyahısı artıq hazırdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri