İyl
2018
11:27
241
46
8349
Virtual karabakh

Hər kəsin sevdiyi ayı - Stepanın həyatı – FOTO

4 İyl, 2018
11:27
8349

Hər kəsin sevdiyi ayı - Stepanın həyatı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya – qəribə və böyük ölkə hər gün bizi daha da məəttəl qoyur.

Oxu.Az bu dəfə sizi Rusiyada yaşayan sevimli ayı – Stepan və ailəsi ilə tanış edəcək.

Svetlana Yuri Penteleenko cütlüyü Stepanı üç aylıq olarkən övladlığa götürüb. Həmin vaxt Stepanın fiziki vəziyyəti ürəkaçan deyilmiş.

Ancaq onların Stepana göstərdiyi qayğı balaca ayını tez bir zamanda ayağa qaldırıb.

Hazırda Stepan 136 kiloqramdır. Boyu isə 2 metr 15 santimetrdir.

Ayı gündə 25 kilo təzə balıq, yumurta və tərəvəz yeyir. Ancaq Panteleenko cütlüyü bu vəziyyətdən şikayət etmir.

Hazırda Stepanın 25 yaşı var. “Atası” ilə kitab oxumaq ona həzz verir. Təəccüblü olsa da, bu ayı kitab oxumağı çox sevir.

Bundan başqa, Stepan futbolu da sevir. Ən sevdiyi məşğuliyyət isə topla oynamaqdır.


Ailəsi də onunla futbol oynamaqdan çox məmnundur. Ayının həm əyləndiyini, həm də artıq kalorilərindən qurtulduğunu deyirlər.

Stepan axşam olanda divanda anası və atasının yanında öz yerini alıb, televizora baxır. Hətta televizor qarşısında yuxuya getdiyi günlər də olur. 

Stepanın sevdiyi işlər bununla bitmir. Ayı piknikə getməyi də sevir.

Əylənməyi sevən Stepan zəhmətə alışıb. O, ev işlərində valideynlərinə kömək edir. Xüsusilə, bağçanı suvarmaq onun ən sevimli məşğuliyyətləri arasındadır.

Svetlananın dediyinə görə, Stepan olduqca sosial və sevgi dolu bir ayıdır. Həmişə ailəsini qucaqlamaqdan ləzzət alır. İnsanları çox sevir, aqressiv deyil və indiyədək heç kimə zərər verməyib.

Stepan məşhur bir ayıdır. Bütün sevimli halları ilə modellik edir və işini görərkən heç bir problem çıxarmır.

Valideynləri heç bir qorxu keçirmədən uşaqlarını da yanlarına alıb Stepanla fotolar çəkdirirlər. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri