14 
İyl
2018
21:00
33
163
11555
Virtual karabakh

Bir gün Tramp kimi yaşadı və az qala ölmüşdü

14 İyl, 2018
21:00
11555

Bir gün Tramp kimi yaşadı və az qala ölmüşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günün əksər vaxtı ağlımda Elton Conun “Rocket Man” mahnısı səslənirdi, 3 günün tamamında isə beynimin lampaları yanmağa başladı. Səhər saat 5:45-dən bəri yatmırdım, “Foks və dostları” filminə baxırdım, reklamlar vaxtı “Səhər Cosu” verilişinə çevirirdim, gün ərzində 4-cü dietik içkini və “McDonald's”dan aldığım yeməyi qəbul etdiyim zaman düşündüm ki, insan necə belə yaşaya bilər.

Donlad Tramp kimi Nyu-Yorkun içki içməyən sakinlərindən biriyəm, “McDonald's”ın təklif etdiyi qidaları çox sevirəm, eyni zamanda “Twitter” ilə əlaqələr qurmağın tərəfdarıyam. “New York Times”da onun həyatı ilə bağlı yazı çıxan zaman düşündüm ki, ya özümü onun beyninə salmalıyam və ya onun kimi olmalıyam.

Ancaq tezliklə anladım ki, bizim aramızda çoxlu fərqlər var. İlk növbədə, mən liberalam və feyk xəbərlərin izləyicisiyəm, 2016-cı ildə baş tutan seçkilərdə birinci yəhudi kommunistə, daha sonra isə ifritə Hillariyə səs verdim. Bundan başqa, Trampdan fərqli olaraq, yuxudan tez oyanmağı xoşlamıram. Hesab edirəm ki, gündəlik 8 saatlıq yuxu psixoloji sağlamlığım üçün çox vacibdir. Ancaq Tramp olmaq sağlamlığımla vidalaşmaq demək deyil. 

“Times” qəzeti onun səhər proqramı ilə bağlı bunları yazır:

“O, xəbərlərə qulaq asmaq üçün CNN telekanalını açır, daha sonra rahatlaşmaq və yeni ideyalar üçün “Foks və dostları” filminə baxır, bəzən isə MSNBC telekanalına yayımlanan “Səhər Cosu” verilişini izləyir ki, gün ərzində onu enerji ilə doldurur. Həyəcanlı və qəzəbli Tramp mobil telefonunu götürür və tvitlər yazır”. 

Bir başqa reportajda bildirilib ki, Trampın xalatlara qarşı xüsusi sevgisi var.  Xalat geyindim və ona öyrəşməyə çalışdım. 

Son olaraq, məni səhər tezdən oyanmaq narahat edirdi və baxmaq istəmədiyim teleproqramlar qəzəbləndirirdi. Tramp stressli və əsəbi olanda nə edir? Tvitlər yazır. Mən də buna çalışdım: 

Bunlarla yanaşı Tramp diektik içki içməyi və televizora baxmağı çox sevir. Hətta o, iclaslar zamanı televizoru söndürmür və səssizə alır. O, köməkçilərindən “Twitter”də ona dəstək verməsini istəyib. Tramp gün ərzində qrafik və siyasi məsələlərlə bağlı Ağ evin aparat rəhbəri Con Kelliyə azı 12 dəfə zəng edir. 

Köməkçilərim və aparat rəhbərim olmadığı üçün bunu başqa şeylə əvəzləməyə çalışdım. İlk vəzifəm “Twitter”də fəallıq göstərmək idi. Bundan başqa, Trampın ən çox dinlədiyi musiqilərin siyahısını hazırladım. Bunlar Elton Conun “Rocket Man” və “TwistedSister” qrupunun “We're Not Gonna Take It” mahnılarıdır. 

Başa düşdüm ki, özümü Tramp kimi hiss etmək üçün oxucularımın məndən inciyə biləcəyi fikirləri tvitlərimdə yazmalıyam. Donald Tramp olmaq heç vaxt işləmək, hər zaman müqavimət göstərmək və özünü hücumçu kimi təqdim etmək deməkdir. Buna görə əvvəlcə mənimlə razı olmayan tvitlərə cavab verdim, doğru söz deyəndə heç kim qəzəblənmirdi. Feyk xəbərlər!

Oxucularım arasında qəzəbli solçular üstünlük təşkil edirdi, ona görə də növbəti dietik içkini açdım və onları qəzəbləndirən tvit yazdım:

Daha sonra “McDonald's”a gəldim. İcazə verin başa salım: Trampın buradakı sifarişləri insanlığa qarşı cinayətdir. Heç vaxt burada balıq sifariş etmirəm. O, çox pis dadır. Bundan başqa, “Bigmac”ı çörəksiz yemək isə iyrəncdir. Şokoladlı kokteyl bu yeməklərin arasında ən yaxşısı oldu. 

Sonuncu dietik içkini açdığım zaman bundan iyrəndim. Bu zəhərli içkini içmək istəmirdim. Təmiz suya və bir neçə saatlıq yuxuya ehtiyacım vardı. 

Çox şey hiss etsəm də, bu həyat mənim üçün maraqsız idi. Trampın ABŞ prezidenti kimi həyatı monoton idi. Buna görə qolf oynamağa yollandım. 

Prezident olduğu qısa müddət ərzində Tramp 79 dəfə qolf oynayıb. Bununla bağlı trumpgolfcount.com saytı məlumat yayıb. Onun proqramı ilə günümü keçirdikdən sonra Trampın niyə tez-tez qolf oynadığını anladım. Onun qolf oyunu üzrə tanınmış rəqibləri Tayqer Vuds, Lindsi Qrem, Rend Pol və Peyton Menninqdir. Fanatım olan Sem Eskobarı qolf oynamağa dəvət etdim.

Dekabr Nyu-Yorkda qolf oynamaq üçün uyğun vaxt olmadığı üçün biz miniqolf oynamaq qərarına gəldik. Pis oynamağıma baxmayaraq, bu oyun mənim üçün çox maraqlı idi. 

7 banka dietik içki və yaxşı qızardılmış steykin olmasına baxmayaraq, “McDonald's”a gedib bütün bunları unutmaq üçün bir şeylər sifariş etdim. Bir gün Tramp kimi yaşadım və az qala ölmüşdüm.

Bu məqalə VICE US portalında yayımlanıb. 
Tərcümə: Samir İsayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri