12 
İyl
2018
11:11
178
39
16002
Virtual karabakh

Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı

12 İyl, 2018
11:11
16002

Şəhid pilotun pulu 20 il sonra terrorçunun cibindən çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhidin pulu terrorçunun cibindən çıxdı.

Oxu.Az-ın xəbərinə görə, bu günlərdə Türkiyə hərbçiləri axtarışda olan “Welat Gever” kod adlı terrorçu Sefer Aracı zərərsizləşdiriblər.

Belə ki, o, 1998-ci ilin 27 noyabr tarixində Türkiyənin Hakkari rayonunun Dağlıca bölgəsində  Türkiyə Silahlı Qüvvələrinə məxsus “Skorsky” helipokterinin vurulması nəticəsində 15 türk əsgərinin şəhid olmasına görə axtarışa verilmişdi.

Həmin helikopterin vurulmasına və 15 hərbçinin məhv edilməsinə bais olan PKK-lı terrorçu nəhayət 20 il sonra zərərsizləşdirildi.

Terrorçunun üzərindən isə 1998-ci ildə dövriyyədə olan 500.000 TL  pul çıxıb.

 Pulun üzərində isə terrorçu tərəfindən“bu, məhv edilən helikopterin pilotunun parasıdır (puludur)-11-27-1998”- deyə, yazıldığı məlum olub.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri