24 
İyl
2018
16:54
36
339
12390
Virtual karabakh

Bakı küçələrinin vazkeçilməzləri: Yırtıq və dar kişi cinsləri - FOTO

24 İyl, 2018
16:54
12390

Bakı küçələrinin vazkeçilməzləri: Yırtıq və dar kişi cinsləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk dəfə XIX əsrdə Levi Straus tərəfindən iş paltarı kimi tikilən “Mavi cins” əfsanəsi 1950-ci illərdə Merlon Brendo və Ceyms Din kimi ikon simaların geyinərək başlatdığı və günümüzədək hələ də vazkeçilməz olan denimlərin adı Fransanın “Nimes” bölgəsindən götürülüb.

Oxu.Az xəbər verir ki, bölgənin əsl adı “Serge de Nimes” olsa da, amerikalıların dediyinə görə, zamanla “denim” adını alıb.

Denimlər həmişə olduğu kimi, bu il də trenddir.

Bu yay onlar qarşımıza yazılı, naxışlı, yırtıq və klassik denim rəngi ilə çıxır. Standart və dar cins modellərinə bu il uzunboğaz şalvarlar da əlavə olunub. “Dadcore” trendinə uyğun olan uzunboğaz cins şalvarlar və pencəklərinizi şaquli xətli köynəklərlə kombin edə bilərsiniz.

“Old school” dəbini mənimsəyənlər üçün “501 cins şalvarlar” idealdır. Modern və innovativ dizaynları sevənlər üçün tək rəngli şalvar, pencək və köynək seçimləri uyğundur.

Hər zaman harmoniya təşkil edən damalı və cizgili geyimlər bu il stereotipləri qıraraq, nazik, qalın, ağ, qara və digər rənglərdə qarşımıza çıxır.

Geyimlərdə şaquli xətlərlə yanaşı, üfüqi xətlər daha çox gözə çarpır və rənglərin müxtəlifliyi sevimli kombinlərin meydana çıxmasına kömək edir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri