15 
Sen
2018
09:55
100
56
7446
Virtual karabakh

Mahatma Qandi zövq xatirinə seksə qarşı olub

15 Sen, 2018
09:55
7446

Mahatma Qandi zövq xatirinə seksə qarşı olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlar və kişilər öz heyvani hisslərinə qalib gəlməlidirlər, seks isə yalnız nəsli davam etdirmək üçün olmalıdır. 

Oxu.Az BBC-yə istinadla xəbər verir ki, bu fikirlər Hindistan “xalqının atası” Mahatma Qandiyə həsr olunmuş tarixçi Ramaçandra Quxun bioqrafik əsərində yer alıb. 

Həmsöhbətinin cinsi aktın zəifliyinin qadın və kişi arasındakı ailə münasibətlərinə mənfi təsir edəcəyi fikrinə münasibət bildirən Qandi deyib ki, seksə “şəhvət” kimi baxır.

Qandi qeyd edib ki, seks yalnız nəsli davam etdirmək üçün lazımdır. O hesab edirdi ki, qadın və kişilər heyvani hisslərinə nəzarət etməlidir. 

O, misal kimi Kasturba Qandi ilə nikahlarını göstərib. Qandinin qadınlara münasibəti mürəkkəb və ziddiyyətli idi. 

Kitabda bildirilib ki, 1940-1950-ci illərdə Hindistanda qadınlar, ABŞ-da olduğu kimi, ictimai həyatda fəal idilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri