20 
Okt
2018
01:27
126
71
5110
Virtual karabakh

NASA insanları Veneraya göndərəcək

20 Okt, 2018
01:27
5110

NASA insanları Veneraya göndərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

NASA Venera planetinə idarə olunan uçuş layihəsini hazırlayıb. 

Oxu.Az xəbər verir ki, layihə Veneraya mütəxəssislərdən ibarət ekspedisiyanın göndərilməsini nəzərdə tutur.

Dirijablla Veneraya yollanacaq alimlər bir aydan sonra geri qayıdacaqlar. 

Hazırda elm ictimaiyyətinin diqqəti Mars planetinə yönəlsə də, NASA mütəxəssisləri hesab edirlər ki, kosmik ekspedisiyaların növbəti ünvanı məhz Venera olacaq. 

Ekspedisiya üzvləri 50 kilometr hündürlükdən araşdırmalarını aparacaqlar. Venerada yerin üst qatında temperatur yüksək olduğundan dirijablın yerə enməsi nəzərdə tutulmur. Lakin 50 km hündürlükdə atmosferin göstəriciləri Yer kürəsinin analoji göstəricilərinə oxşayır. 

Araşdırma bitdikdən sonra dirijabldan raket atılacaq. Bu raket vasitəsi ilə ekspedisiya üzvləri orbitə qayıdacaqlar, oradan isə kosmik gəmi ilə Yerə dönəcəklər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri