13 
Noy
2018
14:40
28
293
4310
Virtual karabakh

Yaponiyalı kişi holoqramla evləndi

13 Noy, 2018
14:40
4310

Yaponiyalı kişi holoqramla evləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tokio sakini Akixiko Kondo animal personaj olan Hasune Miku ilə evlənib. 35 yaşlı yapon toy mərasiminə iki milyon yen (30000 manata yaxın) pul xərcləyib.

Oxu.Az Vesti.Ru saytına istinadən xəbər verir ki, Kondo özünü xoşbəxt hesab etsə də, ailəsi onun bu addımını bəyənməyib.

Bir cizgi filmində populyar müğənni obrazı olan Hasune Miku, yəni gəlin toya kukla şəklində qatılıb. Toy mərasiminə 40 qonaq qatılsa da, onların arasında bəyin və gəlinin qohumları olmayıb. Bəy öz xanımına ürəkdən aşiq olduğunu bildirərək, holoqram gəlinin heç bir vaxt ona xəyanət etməyəcəyini və qocalmayacağını vurğulayıb.

Yazın əvvəlindən etibarən Kondo öz holoqram sevgilisi ilə eyni evdə yaşayır və gecələr holoqram obrazı əvəz edən kukla ilə yatır. Bu nikah rəsmi olaraq qeydə alınmasa da, holoqram Miku ilə evlənmək üçün sertifikat tələb olunub.

Qeyd edək ki, Hasune Miku ilə evlənmək üçün 135 nəfər sertifikat əldə edib. 

Kondoya gəlincə isə, o heç vaxt canlı qadınlarla ünsiyyət qura bilmədiyini vurğulayıb.

İndi o animal obrazlara sevginin nə zamansa ayrıca bir seksual oriyentasiya kimi qəbul ediləcəyinə inanır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri