14 
Noy
2018
14:53
175
46
10115
Virtual karabakh

Kiyevdə qadın “Porsche”ni baltaladı - VİDEO

14 Noy, 2018
14:53
10115

Kiyevdə qadın “Porsche”ni baltaladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyevdə çəhrayı paltolu qadın balta ilə “Porsche” markalı bahalı avtomobili parçalayıb.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, insident Kiyevin mərkəzində, Şota Rustaveli küçəsində baş verib. 

Sosial şəbəkələrdə yayılmış videogörüntüdə sarışın qadının avtomobilin qapısı üzərinə boya ilə təhqiramiz ifadələr yazdığı görünür. Daha sonra o, balta ilə avtomobilə zərbələr endirərək daha bir təhqiramiz ifadə yazır.

Bununla da hirsi soyumayan qadın avtomobilin ön şüşəsini qırıb, baltanı maşının banına sancıb. Qadın daha sonra yaxınlıqdakı maşına oturaraq hadisə yerindən uzaqlaşıb.

Hadisə şahidləri qadına mane olmayaraq, bu anları telefonun yaddaşına həkk etməyə üstünlük veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri