11 
Dek
2018
09:54
78
43
23881
Virtual karabakh

“Instagram”a yeni funksiya əlavə olundu

11 Dek, 2018
09:54
23881

“Instagram”a yeni funksiya əlavə olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Instagram” sosial şəbəkəsinə səsli ismarıclar göndərməyə imkan verən yeni funksiya əlavə olunub.

Oxu.Az xəbər verir ki, bu haqda məlumat servisin rəsmi “Twitter” hesabında paylaşılıb.

“Bu gündən başlayaraq siz “Direct”də (“Instagram” istifadəçiləri arasında ani məlumat mübadiləsi üçün istifadə olan daxili servis) səsli ismarıclar göndərə biləcəksiniz”, - deyə məlumatda qeyd olunur.  

Səsli ismarıcı göndərmək üçün “Direct”də mikrofon şəkli olan düyməni sıxıb saxlamaq və ismarıcı səsləndirmək lazımdır. Audiomesajın icazə verilən maksimal uzunluğu bir dəqiqə təşkil edir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri